Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir

    10 İyun 2025 17:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımalıyev Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistanın Baş Naziri Abdulla Aripov ilə görüşüb.

    AzerVoice xəbər verir ki, Adılbek Kasımalıyev həmkarı Aripova səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

    “Bu gün keçirilən görüşümüz Qırğız-Özbək əməkdaşlığının aktual məsələlərini, əldə edilmiş razılaşmaların icrasının gedişatını müzakirə etmək və gələcək planları birgə müəyyənləşdirmək üçün yaxşı fürsət yaradacağına inanıram,” – deyə o qeyd edib.

    Bundan əlavə, Kasımaliyev dövlət başçılarının səmimi və etibarlı münasibətləri sayəsində Qırğız-Özbək münasibətlərinin yüksək və yeni keyfiyyət səviyyəsinə qalxdığını vurğulayıb.

    Öz növbəsində Özbəkistanın Baş Naziri Abdulla Aripov iki ölkə arasındakı əməkdaşlığın yüksəldiyini qeyd edərək, bunda hər iki dövlət başçısının töhfəsini xüsusi vurğulayıb.

    Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadi, nəqliyyat, su-energetika, mədəni-humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

    Tərəflər cari ildə Qırğız-Özbək hökumətlərarası komissiyasının, İş Adamları Şurasının iclaslarını, iki ölkənin rektorlarının forumunu, eləcə də Region Rəhbərləri Şurasının ilk iclasını müntəzəm keçirmək barədə razılığa gəliblər.

    Görüşün yekununda Adılbek Kasımaliyev və Abdulla Aripov aşağıdakı sənədləri imzalayıblar:

    • 5 sentyabr 2017-ci il tarixli Qırğızstan Hökuməti ilə Özbəkistan Hökuməti arasında Regionlararası Əməkdaşlıq haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokol;
    • Qırğızstan Prezidenti Sadır Japarovun 18-19 iyul 2024-cü il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların icrası üçün birgə praktiki tədbirlərin Yol Xəritəsi.
    Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir
    Özbəkistan və Qırğızıstan əməkdaşlığı genişləndirir
    #Özbəkistan #Qırğızıstan #Türk dövlətləri #Türk dünyası #Abdulla Aripov #Adılbek Kasımaliyev #Qırğızıstanın Nazirlər Kabineti #Türk dünyasında birgə əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qızılorda Vilayətində “Qorqud Və Böyük Çölün Sədaları” Beynəlxalq Festivalının Açılışı Keçirilib

    13 Oktyabr 2025 16:17

    Türkiyədən Özbəkistana tekstil ixracı 90 milyon dolları keçib (ÖZƏL)

    13 Oktyabr 2025 14:55

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    13 Oktyabr 2025 11:28

    Azərbaycan türk dövlətləri ilə Birlik - 2025 hərbi təlimində iştirak edəcək

    11 Oktyabr 2025 18:18

    Türkiyədən Özbəkistana polad ixracı 45 milyon dolları keçib (ÖZƏL)

    11 Oktyabr 2025 16:26

    Qırğızıstanda təhsil müəssisələrində zorakılıqla bağlı tədqiqat başladılıb

    10 Oktyabr 2025 17:49

    Türk Dövlətləri Təşkilatı: Qəbələ zirvəsi ilə yeni strateji dövrə doğru

    9 Oktyabr 2025 16:40

    Prezident İlham Əliyev TDT-nin gələcək inkişaf istiqamətlərini müəyyən etdi - Sevil Mikayılova

    9 Oktyabr 2025 15:41

    Türkiyədən Özbəkistana mebel ixracı artıb (ÖZƏL)

    9 Oktyabr 2025 12:35

    Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı 72 milyon dolları keçib (ÖZƏL)

    9 Oktyabr 2025 09:25

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    8 Oktyabr 2025 09:24

    Şavkat Mirziyoyev TDT çərçivəsində Sənaye Alyansının yaradılması təşəbbüsü ilə çıxış edib

    7 Oktyabr 2025 16:45
    Demo
    XƏBƏR LENTİ

    Qızılorda Vilayətində “Qorqud Və Böyük Çölün Sədaları” Beynəlxalq Festivalının Açılışı Keçirilib

    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur

    Türkiyədən Özbəkistana tekstil ixracı 90 milyon dolları keçib (ÖZƏL)

    Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

    Muş şəhər stadionunda iki yeni tribuna inşa ediləcək

    Qəzzada atəşkəsin təminatı üçün beynəlxalq əməkdaşlıq zəruridir - Kallas

    Atəşkəsdən sonra Qəzzaya insani yardım yük maşınlarının gəlişi davam edir

    İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    Ankaranın paytaxt elan edilməsindən 102 il ötür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.