BAKI, AzerVoice
Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi tərəfindən Telefon aparatı və peyk telefonu adlı malların satın alınması ilə bağlı tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra üç hissə şəklində təhvil alınacaq (Birinci hissə 6 min 100 ədəd telefon aparatı, ikinci 150 ədəd peyk telefonu, üçüncü hissə 3 növ texniki avadanlıq).
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 26 iyul 2025-ci il tarixinə qədər "Ayrancı Mah. Dikmen Cad. No:11 06540 Ayrancı Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir