Əsas səhifə » Regional mövqemizin inkişafında ABŞ ilə mühüm bir addım atdıq - Suriya XİN

Regional mövqemizin inkişafında ABŞ ilə mühüm bir addım atdıq - Suriya XİN

BAKI, AzerVoice

Bu gün xalqımızın mənafeyinə xidmət edən, regional və beynəlxalq səviyyədə mövqeyimizi gücləndirən, yüksək səviyyəli strateji münasibətlərin qurulması istiqamətində ABŞ ilə mühüm bir addım atdıq.

AzerVoice xəbər verir ki, bunu Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani, Antalyada keçirilən üçtərəfli görüşdən sonra deyib.

O, həmçinin Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və ABŞ Dövlət Katibi Marko Rubioya təşəkkürünü bildirib.

“Türkiyə Xarici İşlər Naziri cənab Hakan Fidana və ABŞ Dövlət Katibi cənab Marko Rubioya bu gün keçirdiyimiz səmərəli və konstruktiv görüşə görə dərin təşəkkürümü bildirirəm” – deyə, o vurğulayıb.

Xatırladaq ki, bugün Antalyada NATO Xarici İşlər Nazirləri Qeyri-rəsmi Toplantısı çərçivəsində Türkiyə, ABŞ və Suriya üçtərəfli görüşü keçirilib. Görüşdə hər üç ölkənin nümayəndə heyətləri də yer alıb.

Digər Kateqoriyalar

2025 © Azervoice