142
Bakı,
AzerVoice
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bu gün Ankaraya səfər
edərək, Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək.
AzerVoice xəbər verir ki, bu səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Hakan Fidan ilə Ankaradakı danışıqları ilə eyni vaxta təsadüf edir. Görüşlərin əsas gündəmində Suriya-Türkiyə münasibətləri, regional təhlükəsizlik və qaçqın məsələləri yer alır.
Qeyd edək ki, Əl-Şeybani bundan əvvəl fevralın 15-də Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Hakan Fidanla görüşmüşdü. Bu dəfə Ankarada baş tutacaq görüşlərin ikitərəfli münasibətlərin gələcəyi baxımından mühüm nəticələr doğuracağı gözlənilir.