BAKI, AzerVoice
Almaniyanın paytaxtı Berlinin Olimpiya Stadionunda “Herta Berlin” və “Schalke 04” komandaları arasında keçiriləcək ikinci Bundesliqa matçından əvvəl iğtişaşlar baş verib.
AzerVoice xəbər verir ki, hadisə nəticəsində ən azı 31 azarkeş və 21 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Berlin polisi bildirib ki, oyun başlamazdan əvvəl müxtəlif azarkeş qrupları əməkdaşlara hücum etməyə başlayıb. Şərq tribunası girişində polis əməkdaşlarına müxtəlif əşyalar, o cümlədən hasarın hissələri atılıb. Aqressiv azarkeşləri dağıtmaq üçün polis göz yaşardıcı qazdan istifadə edib.
Hadisə nəticəsində 21 polis və 31 azarkeş yaralanıb, bir neçə nəfər isə saxlanılıb.
