Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    FIFA 2034 Dünya Çempionatını 2035-ci ilin əvvəlinə keçirməyi planlaşdırır

    10 Oktyabr 2025 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    FIFA, 2034-cü ildə keçiriləcək Dünya Çempionatını 2035-ci ilin əvvəlinə keçirməyi planlaşdırır. Səbəb isə Ramazan ayının 2034-cü ildə noyabr və dekabr aylarına təsadüf etməsidir.

    AzerVoice xəbər verir ki, "The Athletic"in məlumatına görə, 2034-cü ildə Səudiyyə Ərəbistanında təşkil olunacaq Dünya Çempionatının Ramazan ayına təsadüf etməsi səbəbindən FIFA turnirin 2035-ci ilin əvvəllərində keçirilməsini gündəmə alıb.

    FIFA prezidenti Canni İnfantino bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) Baş Assambleyasında danışaraq, Dünya Çempionatlarının gələcəkdə ilin sonunda və ya başqa uyğun aylarda keçirilə biləcəyini bildirib.

    İnfantino bəzi ölkələrdə yay aylarında temperaturun futbol oynamaq üçün olduqca yüksək olduğunu vurğulayıb.

    “Bu məsələ ilə bağlı artıq detallı müzakirələr aparırıq. Məsələ təkcə Dünya Çempionatı ilə bağlı deyil – bu, ümumi futbol təqvimi ilə əlaqədar bir qiymətləndirmədir. Məsələn, bəzi Avropa ölkələrində iyul ayında futbol oynamaq çətinləşir. Buna görə də təqvimi yenidən düşünmək lazım gələ bilər.” - deyə qeyd edib.

    İnfantino əlavə edib ki, iyun ayı futbol üçün ən əlverişli dövrlərdən biri olsa da, Avropada bu ay kifayət qədər səmərəli istifadə olunmur. O, bu vəziyyətin dəyişdirilməsi və qlobal futbol təqviminin daha səmərəli şəkildə optimallaşdırılması üçün yollar axtarıldığını vurğulayıb.

    “Əgər dünyanın hər yerində eyni vaxtda futbol oynamaq istəyiriksə, bunu yəqin ki mart və ya oktyabr aylarında etmək mümkündür. Çünki dekabrda dünyanın bir hissəsində, iyulda isə başqa bir hissəsində oyun keçirmək çətin olur. Milli komandaların oyun təqvimi, futbolçuların azad buraxılması və klub turnirlərini nəzərə alaraq hər kəs üçün balanslı bir sistem yaratmaq lazımdır. Müzakirə etdiyimiz çox məsələ var.” - deyə FIFA prezidenti qeyd edib.

    #FİFA #FİFA Klublararası Dünya Çempionatı #FIFA yeni təsnifat sistemi #FIFA penalti qaydası #Avropa Klublar Assosiasiyası (ECA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2026 FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkü sabah atılacaq

    4 Dekabr 2025 11:34

    “FIFA series” turniri yenidən Azərbaycanda təşkil olunacaq

    23 Noyabr 2025 14:53

    Türkiyə A Millisi Dünya Kuboku play-offunda Rumaniya ilə qarşılaşacaq

    20 Noyabr 2025 16:47

    Türkiyə millisi Dünya Kuboku seçmə oyunu üçün İspaniyaya yola düşür

    17 Noyabr 2025 12:57

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    15 Noyabr 2025 10:36

    Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat aldı

    12 Noyabr 2025 11:19

    Qətərdə U17 dünya kuboku start götürüb

    3 Noyabr 2025 16:57

    Məhəmməd bin Salman FİFA prezidentini qəbul etdi

    29 Oktyabr 2025 10:02

    Dünya Çempionatı üçün 1 milyondan çox bilet satılıb

    17 Oktyabr 2025 11:12

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    13 Oktyabr 2025 11:02

    Türkiyə ilə Bolqarıstan 24-cü dəfə üz-üzə gəlir

    11 Oktyabr 2025 16:15

    Türkiyə 2026 Dünya Çempionatında Bolqarıstanla qarşılaşacaq

    10 Oktyabr 2025 12:55
    Demo
    XƏBƏR LENTİ

    Agentlikdə Dünya Bankının missiyası ilə görüş keçirilib

    Türkiyənin tekstil ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    UNESCO Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır

    2026 FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkü sabah atılacaq

    Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

    Qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələri genişləndiriləcək - İran XİN

    İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.