BAKI,AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 743 milyon 45 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 9 milyard 409 milyon 452 min dollar məbləğində tekstil ixrac edib.
