Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Barselona Kamp Nounun gecikməsi səbəbilə Montjuicdə oynamağa davam edəcək

    24 Sentyabr 2025 17:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayıılov

    İspaniyanın nəhəng futbol klubu Barselona Kamp Nounun təmirindəki gecikmələr səbəbindən Montjuic stadionuna köçməyə məcbur olub.

    AzerVoice xəbər verir ki, bu qərar klub üçün ciddi maliyyə yükü yaradır.

    Klubun vitse-prezidenti Elena Fortun açıqlamasına görə, hər oyun Montjuic stadionunda Barselonaya 300 min – 900 min avro arasında xərcə başa gəlir. Orta hesabla yarım milyon avro xərclənməsi, klubun onsuz da gərgin olan büdcəsinə əlavə təzyiq yaradır.

    Barselona La Liqanın növbəti matçını Real Sosyedada qarşı Montjuicdə keçirəcək. Klubun əsas stadionu Kamp Nouda təmir işləri 2023-cü ilin iyununda başlanıb və 1,5 milyard avroluq modernləşdirmə layihəsi çərçivəsində tutumun 105 min nəfərə qədər artırılması nəzərdə tutulur. Stadionun 2024-cü ilin noyabrında – klubun 125 illik yubileyində açılması planlaşdırılsa da, lisenziyaların alınması, yanğın təhlükəsizliyi yoxlamaları və digər icazələr prosesin uzanmasına səbəb olub.

    Montjuic stadionunun 55 min nəfərlik tutumu klubun mövsüm ərzində böyük oyunları qəbul etməsinə imkan verir. Burada PSJ ilə Çempionlar Liqası qarşılaşması da keçiriləcək. Kamp Nounun isə ən azı 18 oktyabrda Jirona ilə oyunda istifadəyə verilməsi gözlənilir.

    Klub, həm idman məqsədləri, həm də maliyyə baxımından bu çətin dövrü idarə etməyə çalışır. Lakin gecikmələr nəticəsində Montjuicdə keçiriləcək hər oyun Barselonanın maliyyə yükünü daha da artırır.

    #İspaniya #İspaniya La Liqası #Barselona stadionu #Barselona ev oyunları #Barselona #Montjuic stadionu #Elena Fort
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Barselona Messinin geri dönüş ehtimalını rədd edib

    17 Noyabr 2025 17:34

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İspaniya hökuməti Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alacaq

    29 Oktyabr 2025 15:45

    Tarixdə bu gün - 29 oktyabr

    29 Oktyabr 2025 00:22

    Çempionlar Liqasında üçüncü turun həyəcanı başlayır

    20 Oktyabr 2025 13:26

    Təqaüdçülər üçün ən cəlbedici ölkələr açıqlanıb - Avropa liderliyini qoruyur

    19 Oktyabr 2025 15:56

    İspaniya cəzalandırılmalıdır - Tramp

    17 Oktyabr 2025 22:36

    Barselona və Spotify tərəfdaşlığı - Kamp Nou 2034-cü ilə qədər “Spotify Kamp Nou” adını daşıyacaq

    17 Oktyabr 2025 16:23

    Rafinya Səudiyyə transferini niyə qəbul etmədi?

    15 Oktyabr 2025 12:39

    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur

    13 Oktyabr 2025 15:45

    Bu gün Xristofor Kolumb səhvən Amerikanı kəşf etdi

    12 Oktyabr 2025 07:00

    Ceyhun Bayramov İspaniya rəsmisi Dieqo Martinez-Belio ilə görüşüb

    8 Oktyabr 2025 16:26
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib

    Türkiyənin bor əsaslı balistik texnologiyaları BAMEX 2025 sərgisində böyük maraq görüb

    Bu il yarım milyon suriyalı ölkəsinə qayıdıb - Yerlikaya

    TÜRKPA ATƏT PA-nın payız sessiyası çərçivəsində nümayəndə heyətlərinin ilk koordinasiya iclasını keçirib

    Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib

    Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib

    Türkiyədə FETO-nun qadın şəbəkəsinə qarşı əməliyyat keçirilib

    Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlər müzakirə olunub

    Türkiyədə Nazirlər Kabineti iclasında təyyarə qəzası müzakirə olunub

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.