BAKI, AzerVoice
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı ölkənin Milli Günü münasibətilə təbrik edib.
AzerVoice xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstana və onun xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan Qazaxıstan ilə tərəfdaşlığını yüksək qiymətləndirir və dostluq münasibətlərimizin daha da möhkəmlənəcəyinə ümid edir. Milli Gününüz mübarək!", - paylaşımda qeyd olunub