Əsas səhifə » FIFA Klublar Dünya Kubokunun ən uğurlu komandası – Real Madrid

FIFA Klublar Dünya Kubokunun ən uğurlu komandası – Real Madrid

BAKI, AzerVoice

Real Madrid, FIFA Klublar Dünya Kubokunun tarixində 5 dəfə çempion olaraq bu turnirin ən uğurlu komandası kimi önə çıxır.

AzerVoice xəbər verir ki, İspaniya təmsilçisi, bu mötəbər yarışmada çıxdığı bütün final qarşılaşmalarını qələbə ilə başa vurub.

Real Madrid 6-cı kubok üçün ABŞ-da mübarizə aparacaq.

Daha əvvəl 2014, 2016, 2017, 2018 və 2022-ci illərdə çempion olan Real Madrid, yeni formatla keçiriləcək və 32 komandanın iştirak edəcəyi 2025 FIFA Klublar Dünya Kubokunda altıncı titulunu qazanmağa çalışacaq.

Turnir bu il 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək.

Madrid klubu H qrupunda Avstriyanın “Zalsburq”, Səudiyyə Ərəbistanının “Əl Hilal” və Meksikanın “Paçuka” komandaları ilə qarşılaşacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice