Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Ronaldo 2025 Esports Dünya Kubokunun qlobal səfiri təyin olunub

    14 İyun 2025 12:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Portuqaliyalı futbol ulduzu və Əl-Nəsr klubunun kapitanı Kriştiano Ronaldo, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Esports Dünya Kuboku (EWC) üçün qlobal səfir təyin olunub.

    AzerVoice xəbər verir ki, bu barədə Esports World Cup Foundation rəsmi açıqlama yayıb.

    Ronaldo bu təyinatla, iyulun 7-dən avqustun 24-dək davam edəcək və esports tarixinin ən böyük tədbiri hesab edilən bu turnirin beynəlxalq tanıtım kampaniyasına rəhbərlik edəcək. Səfir kimi o, Riyaddakı Boulevard City ərazisində təşkil olunacaq yeddi həftəlik turnirdə aparıcı tədbirlərin iştirakçısı olacaq.

    Kriştiano Ronaldo həmçinin turnirin 25 əsas oyunundan biri olan FATAL FURY: City of the Wolves videooyununda oynanıla bilən personaj kimi təqdim olunacaq. 1 milyarddan çox sosial media izləyicisi olan ulduz futbolçunun, turnirə qlobal diqqəti artıracağı və yeni auditoriyaları esport dünyasına cəlb edəcəyi gözlənilir.

    Ronaldo açıqlamasında bildirib ki, idman daim dəyişir və esports bu dəyişimin gələcəyə açılan qapısıdır. O vurğulayıb ki, esports oyunçularında gördüyü istedad, hədəfə bağlılıq və əzmkarlıq, onun öz futbol karyerasındakı təcrübələri ilə üst-üstə düşür:

    “Bu gənc istedadların yanında olmaq və onları dəstəkləmək mənim üçün böyük ilham mənbəyidir” – deyə o qeyd edib.

    Bu il keçiriləcək Esports Dünya Kuboku, 24 oyunda 25 turnir formatında olacaq və 100-dən çox ölkədən 2,000-dən çox peşəkar oyunçu və 200 klubun iştirakını təmin edəcək. Ümumi mükafat fondu 70 milyon ABŞ dollarını ötəcək.

    #Səudiyyə Ərəbistanı #Portuqaliya #Ronaldo #Kriştiano Ronaldo #Ər-Riyad
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ronaldo karyerasındakı qollarının sayını 956-ya çatdırıb

    28 Dekabr 2025 09:35

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    27 Dekabr 2025 13:18

    Səudiyyədən Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    27 Dekabr 2025 09:00

    Səudiyyə Ərəbistanının yeni humanitar yardım karvanı Rəfahdan keçərək Qəzzaya gedib

    25 Dekabr 2025 12:19

    Asiya Futbol Konfederasiyası Millətlər Liqası turnirinin yaradılacağını elan edib

    21 Dekabr 2025 19:34

    Türkiyədən Səudiyyəyə polad ixracı 160 milyon dolları keçib (ÖZƏL)

    21 Dekabr 2025 16:00

    Kral Salman Qətərin FIFA Ərəb Kuboku 2025-dəki uğurunu təbrik edib

    20 Dekabr 2025 14:09

    Pakistanın sabiq Baş nazirinə hökm oxundu

    20 Dekabr 2025 11:53

    Deşam Səudiyyə Ərəbistanı millisini çalışdıra bilər

    20 Dekabr 2025 09:40

    Azərbaycan Səudiyyə Ərəbistanı iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfəyə yaxın artırıb

    19 Dekabr 2025 15:51

    Parisdə Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın iştirakı ilə dördtərəfli görüşü keçiriləcək

    18 Dekabr 2025 09:40

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26
    Demo
    XƏBƏR LENTİ

    TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib

    Abid anlayışı İslamda nə ifadə edir?

    TÜRKPA Baş katibi Türk Akademiyasının prezidenti ilə görüşüb

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 96 milyon dolları keçib (ÖZƏL)

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    "Yuventus" autsayderi məğlub edib - İtaliya A Seriyası

    Türkiyənin Ambarlı limanı 18 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Türkiyədən Bəhreynə kimyəvi maddə ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Braziliya millisinin üzvü yeni kluba keçib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.