Əsas səhifə » Mançester Yunayted Ten Haq qərarını açıqlayıb

Mançester Yunayted Ten Haq qərarını açıqlayıb

Bakı,AzerVoice:

İngiltərə Premyer Liqa komandalarından olan Mançester Yunayted, baş məşqçisi Erik ten Haqla davam etmək qərarına gəlib.

AzerVoice xəbər verir ki, rəhbərlik Hollandiyalı çalışdırıcının komandanın başında qalacağını bildirib.

Gələn il müqaviləsi başa çatacaq 54 yaşlı çalışdırıcı ilə yeni müqavilə üçün danışıqlara başlanılacaq.

Qeyd edək ki, Premyer Liqada mövsümü 60 xalla səkkizinci pillədə başa vuran Mançester Yunayted İngiltərə kubokunun finalında Mançester Sitini məğlub edərək çempion olub və UEFA Avropa Liqasına vəsiqə alıb.

Digər Kateqoriyalar

2025 © Azervoice