Əsas səhifə » FİFA prezidenti 2026 Dünya Kuboku ilə əlaqəli açıqlama verib

FİFA prezidenti 2026 Dünya Kuboku ilə əlaqəli açıqlama verib

BAKI,AzerVoice

FIFA prezidenti Canni İnfantino, 2026 Dünya Kubokunun finalında ilk dəfə fasilə şousunun keçiriləcəyini elan edib.

AzerVoice xəbər verir ki, bu barədə İnfantino sosial media hesabında paylaşım edib.

"New Jersey-də keçiriləcək FIFA Dünya Kuboku finalında ilk dəfə fasilə şousunun təşkil ediləcəyini təsdiq edə bilərəm. Bu, FIFA Dünya Kuboku üçün tarixi bir an olacaq və dünyanın ən böyük idman tədbirinə yaraşan möhtəşəm bir şou təqdim ediləcək", – deyə o bildirib.

2026 Dünya Kuboku, ilk dəfə 48 komandanın iştirakı ilə 11 iyun – 19 iyul 2026 tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice