Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib

    19 Dekabr 2025 09:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib.

    AzerVoice xəbər verir ki, konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

    Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

    Sonra məktəbin zalında özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb.

    Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər.

    “Navruz” Milli Rəqs Ansamblı, Yunus Rəcəbi adına “Maqom” ansamblı, eləcə də tanınmış müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər.

    Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodovanın ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.

    Həmçinin dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanaraq hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar tamaşaçıların könlünü oxşayıb.

    Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib
    Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib
    Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib
    Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib
    #Özbəkistan #Azərbaycan Mədəniyyət Günləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    18 Dekabr 2025 17:51

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    18 Dekabr 2025 15:52

    Türkiyədən Özbəkistana tekstil ixracı azalıb (ÖZƏL)

    18 Dekabr 2025 14:36

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    17 Dekabr 2025 17:39

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 132 milyon dolları keçib (ÖZƏL)

    17 Dekabr 2025 11:05

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin daha bir konserti keçirilib

    16 Dekabr 2025 16:40

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    15 Dekabr 2025 09:55

    Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

    14 Dekabr 2025 23:00

    Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

    14 Dekabr 2025 20:11

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

    14 Dekabr 2025 19:52

    Türkiyədən Özbəkistana avtomobil ixracı 60 milyon dolları keçib (ÖZƏL)

    14 Dekabr 2025 13:00

    Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək

    14 Dekabr 2025 11:12
    Demo
    XƏBƏR LENTİ

    Zelenski Avropa İttifaqına 90 milyard avroluq kreditə görə təşəkkür edib

    Bu gün Prezident Bill Klinton impiçment edildi

    Yanvar-noyabr aylarında pensiya ödənişlərinə 567 mln. manat çox olmaqla 6 mlrd. 515 mln. manat vəsait yönəldilib

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək: Komissiya yaradılıb

    Avropa Parlamenti Azərbaycan əleyhinə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirir – Spiker

    Türkiyədən Misirə xalça ixracı artıb (ÖZƏL)

    Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqres keçirilir

    Prezident İlham Əliyev: Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub

    ABŞ-da Green Card proqramı müddətsiz dayandırılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.