Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycanın Zəfəri – Tarixi Ədalətin Bərpası

    8 Noyabr 2025 11:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biridir.

    Bunu AzerVoice-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, bu gün xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış Zəfər Günüdür:

    "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, torpaqlarımızın azadlığı, milli qürurumuzun bərpası deməkdir. Bu tarix yüzilliklər boyu mübarizə və əzmlə qorunan Vətən torpaqlarının azadlığı uğrunda əldə edilmiş möhtəşəm Qələbənin simvoludur. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda milli birliyin, xalq və ordunun sarsılmaz həmrəyliyinin təntənəsidir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman oğullarımızın canı və qanı bahasına azad edildi. Bu qələbə həm də Azərbaycanın tarixində yeni bir dövrün - quruculuq, dirçəliş və sülhün təmin olunması mərhələsinin başlanğıcı oldu."

    S.Mikayılova vurğulayıb ki, Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi, Azərbaycanın mədəniyyət beşiyinin yenidən Vətənə qovuşması demək idi:

    "8 Noyabrın Zəfər Günü kimi qeyd olunması hər bir azərbaycanlının qəlbində fəxarət və iftixar hissi yaradır. 44 günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, döyüş ruhu və vətən sevgisi Azərbaycan xalqının tarix boyu formalaşmış milli kimliyinin ən parlaq təzahürüdür. Qazilərimizin igidliyi, şəhidlərimizin fədakarlığı və xalqımızın birliyi bu Zəfəri mümkün etdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur – yollar, məktəblər, şəhərlər bərpa edilir, üçrəngli bayrağımız azad yurdlarımızda qürurla dalğalanır. Hər bir daşın, hər bir ağacın altında qəhrəmanlıq və sədaqət hekayəsi yatır".

    Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji düşüncəsi, diplomatik çevikliyi və hərbi-siyasi uzaqgörənliyi sayəsində Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq arenada tarixi ədaləti bərpa etdi:

    "Müharibənin hər günü, hər anı Prezident İlham Əliyevin bir dövlət başçısı kimi xalqa verdiyi mesajlarda öz əksini tapırdı. Onun çıxışları, xalqa müraciətləri xalqın ruhunu qaldırır, hər bir vətəndaşda qələbəyə inam yaradırdı. Müzəffər Ali Baş Komandan həm diplomatik cəbhədə, həm də informasiya savaşında müstəsna liderlik nümayiş etdirdi.8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəri bütün Azərbaycan xalqını sevinc göz yaşlarına qərq etdi. Bu, Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə qurduğu güclü dövlətin, müasir ordunun və milli birliyin nəticəsi idi. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə və Qarabağın hər qarışında dalğalandı.Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Zəfər, yalnız hərbi uğur deyil, həm də mənəvi və siyasi qələbədir. Dövlət başçısı bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ədalətini özü təmin etməyə qadirdir".

    #Azərbaycan #Milli Məclis #Şuşa #Sevil Mikayılova #Azərbaycan Ordusu #8 Noyabr – Zəfər Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Agentlikdə Dünya Bankının missiyası ilə görüş keçirilib

    4 Dekabr 2025 12:53

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

    4 Dekabr 2025 11:21

    İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

    4 Dekabr 2025 11:06

    Göyçayda keçirilən regional konfrans başa çatıb

    3 Dekabr 2025 17:11

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    XRİTDX tərəfindən dövlət qurumlarına qarşı kiberhücumların qarşısı uğurla alınır

    3 Dekabr 2025 15:17

    Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib

    3 Dekabr 2025 12:29

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    2 Dekabr 2025 17:53

    Azərbaycan və Estoniya xarici işlər nazirləri regional və qlobal məsələləri müzakirə ediblər

    2 Dekabr 2025 16:15

    Nazir işsizlərin icbari tibbi sığortaya cəlb edilməsinə aydınlıq gətirib

    2 Dekabr 2025 15:58

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.