Əsas səhifə » Mediasiya Şurasının üzvü mediator Hümmət Əliyev Quba Uşaq Hüquqları Komissiyasına üzv təyin edilib

Mediasiya Şurasının üzvü mediator Hümmət Əliyev Quba Uşaq Hüquqları Komissiyasına üzv təyin edilib

BAKI, AzerVoice

Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba Rayon Komissiyasının üzvü təyin edilib.

AzerVoice xəbər verir ki, 2025-ci il may ayından etibarən Quba Rayon İcra Hakimiyyətinin sərəncamı ilə “Uşaq hüquqlarının müdafiəsi üzrə Quba Rayon Komissiyası” yenidən formalaşdırılıb və yeni tərkibi təsdiqlənib.

Sözügedən komissiyanın tərkibinə Mediasiya Şurasının üzvü, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator - Hümmət Əliyev də üzv olaraq daxil edilib. Bu təyinat Hümmət Əliyevin uşaqların hüquqlarının müdafiəsi sahəsindəki hüquqi biliklərinə, ictimai fəallığına və regionda mediasiya sahəsindəki uğurlu fəaliyyətinə əsaslanaraq həyata keçirilib.

Quba 1 saylı Mediasiya Təşkilatı bu təyinatı böyük məmnunluqla qarşılayır və uşaqların rifahı, hüquqlarının müdafiəsi, zorakılığın qarşısının alınması və sosial ədalətin təşviqi sahəsində Komissiya çərçivəsində fəal iştirak etməyə hazır olduğunu bildirir.

Mediasiya prosesi həm də uşaqların iştirak etdiyi mübahisələrin sülh yolu ilə, onların mənafelərinə uyğun, travmasız və effektiv şəkildə həllinə yönəlmiş bir vasitədir. Hümmət Əliyevin bu komissiyada iştirakı regionda uşaq hüquqları sahəsində daha koordinasiyalı və peşəkar yanaşmanın formalaşmasına töhfə verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice