Əsas səhifə » Azərbaycan şirkətləri Türkiyənin sənaye sərgisində stendlə iştirak edə biləcək

Azərbaycan şirkətləri Türkiyənin sənaye sərgisində stendlə iştirak edə biləcək

BAKI, AzerVoice

Azərbaycanlı sahibkarlar Çərkəzköy Ticarət Sərgisinə ödənişsiz qatılmaq imkanı əldə ediblər.

AzerVoice xəbər verir ki, Türkiyənin Tekirdağ vilayətinin Çərkəzköy bölgəsində 10–12 sentyabr 2025-ci il tarixlərində növbəti Çərkəzköy Ticarət Sərgisi keçiriləcək. Tədbir Çerkezköy Ticarət və Sənaye Palatası (ÇTSO) tərəfindən təşkil olunur.

Türkiyənin 3-cü ən böyük sənaye bölgəsində yerləşən ÇTSO 7,000-dən çox üzv şirkəti birləşdirir. Bu şirkətlər arasında qabaqcıl texnologiya və müdafiə sənayesi müəssisələri ilə yanaşı, onlara komponentlər təchiz edən yüzlərlə kiçik və orta sahibkarlıq subyekti (KOB) fəaliyyət göstərir. İstehsalda yüksək keyfiyyətə önəm verən bu müəssisələr beynəlxalq standartlara uyğunluq sertifikatlarına malikdirlər.

Qeyd edək ki, sərgidə Azərbaycan pavilyonunda iştirak ödənişsizdir və müraciət üçün son tarix 31 may 2025-ci ildir.

Digər Kateqoriyalar

2025 © Azervoice