Əsas səhifə » Pakistanın Lahor şəhərində beynəlxalq texnologiya sərgisi keçiriləcək

Pakistanın Lahor şəhərində beynəlxalq texnologiya sərgisi keçiriləcək

BAKI, AzerVoice

Pakistanın Lahor şəhərində beynəlxalq IT və telekommunikasiya sərgisi keçiriləcək.

AzerVoice xəbər verir ki, 9–11 may 2025-ci il tarixlərində Pakistanın Lahor şəhərində ITCN Asiya Beynəlxalq İnformasiya və Kommunikasiya Texnologiyaları Sərgisi baş tutacaq.

Tədbir Pakistanın özəl sektoru tərəfindən təşkil olunur və Cloud texnologiyası, məlumat mərkəzləri, kibertəhlükəsizlik, ERP sistemləri, təhsil, bank-maliyyə, səhiyyə, əczaçılıq, e-ticarət və süni intellekt sahələrində fəaliyyət göstərən şirkətləri bir araya gətirəcək. Sərgi, iştirakçılar üçün şəbəkələşmə, bilik mübadiləsi və öyrənmə imkanları yaradan mühüm platformadır. Sərgidə həmçinin ictimai və özəl sektor liderlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, ICCD pavilyonu üçün xüsusi paket təklifləri mövcuddur. Tədbir haqqında ətraflı məlumat üçün rəsmi veb-sayta (https://itcnasia.com) və ya [email protected] email ünvanına müraciət etmək tövsiyə olunur. Əlavə suallar üçün WhatsApp: +923219285525 əlaqə nömrəsi də aktivdir.

Digər Kateqoriyalar

2025 © Azervoice