Əsas səhifə » Türkmənistanda beynəlxalq keyfiyyət konfransı keçiriləcək

Türkmənistanda beynəlxalq keyfiyyət konfransı keçiriləcək

BAKI, AzerVoice

Türkmənistanda beynəlxalq keyfiyyət təminatı üzrə konfrans keçiriləcək.

AzerVoice xəbər verir ki, 29 aprel - 1 may 2025-ci il tarixlərində Türkmənistanın Aşqabad şəhərində "Türkmənistanda Beynəlxalq Standartlara Uyğun Keyfiyyət Təminatı" adlı beynəlxalq konfrans və sərgi yarmarkası keçiriləcək.

Tədbir Türkmənistan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə və “Turkmen Expo” şirkətinin tərəfdaşlığı ilə baş tutacaq.

Konfransın əsas məqsədi ticarət və xidmət sahəsində ən son texnologiyaların nümayişi, beynəlxalq keyfiyyət standartlarına uyğunluq, məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması və müasir sertifikatlaşdırma və keyfiyyət idarəetmə sistemlərinin tətbiqi məsələlərini müzakirə etməkdir. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı xarici və yerli şirkətlərin nümayəndələri, həmçinin sənaye ekspertləri iştirak edəcək.

Konfrans həmçinin ticarət əlaqələrinin gücləndirilməsi və əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm rol oynayacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice