16
BAKI,AzerVoice
Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq gələcəkdə daha məhsuldar ola bilər.
AzerVoice xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ceyhun Bayramov bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Aİ ilə ticarət dövriyyəsi təxminən 20 milyard ABŞ dolları təşkil edib.
Son illər bu əməkdaşlıq prosesində müəyyən durğunluq yaranıb. Azərbaycan-Avropa İttifaqı sazişi layihəsində qalan açıq məsələlərin yekunlaşdırılması üçün hər iki tərəfin yaxın aylarda əməli addımlar atması razılaşdırılıb", - o bildirib.