BAKI,AzerVoice
Afrikada aclıq milyonlarla insanın gündəlik həyatda
qarşılaşdığı ən böyük problemlərdən biridir və iqlim
dəyişiklikləri, münaqişələr və yoxsulluq bu vəziyyəti daha da
ağırlaşdırır. Əksər regionlarda qida çatışmazlığı, uşaqların
və qadınların qeyri-kafi qidalanması səbəbindən yüksək ölüm
nisbətinə səbəb olur. Beynəlxalq təşkilatlar və xeyriyyə fondları
aclığın azaldılması üçün yardım kampaniyaları təşkil etsə də,
davamlı həll yollarına ehtiyac var.
Afrikada fəaliyyət göstərən "Amel Salih" xeyriyyə
təşkilatı, 2025-ci il Ramazan ayı ərzində 38 Afrika ölkəsində
genişmiqyaslı yardım kampaniyası həyata keçirməyə hazırlaşır.
Təşkilat, müxtəlif sosial layihələrlə ehtiyacı olan insanlara
dəstək verməyi hədəfləyir.
Layihələr çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlər
bunlardır:
Ehtiyacı olan ailələrə ərzaq yardımı: Hər ailəyə ərzaq səbətləri
(50 AZN dəyərində) təqdim ediləcək. Ümumilikdə
38 ölkədə 100 səbət olmaqla,
layihənin ümumi dəyəri 190,000 AZN təşkil
edir.
Oruc tutanlar üçün iftar süfrələri: Xeyriyyə və ya fidyə
məqsədilə hər biri 100 nəfərlik 20 iftar süfrəsi
açılacaq. Bu layihənin dəyəri 10,000 - 20,000 AZN
arasında dəyişir.
Aztəminatlı ailələrə fitrə zəkatının paylanması: Hər bir ailəyə
30 AZN məbləğində fitrə zəkatı veriləcək.
10 ölkədə ümumilikdə 15,000 AZN vəsait tələb
olunur.
Quran əzbərləmə yarışması: 5 Afrika ölkəsində 100
iştirakçıdan ibarət Quran müsabiqəsi təşkil ediləcək.
Layihənin ümumi dəyəri 7,500 AZN-dir.
Uşaqlara bayram hədiyyələri: 7 Afrika ölkəsində
1000 uşağa 10 AZN dəyərində bayram
hədiyyələri təqdim ediləcək. Bu layihəyə
7,000 AZN ayrılıb.
Təşkilatın rəsmi qeydiyyatı Benin və Nigeriya dövlətlərində
təsdiqlənib və yardım kampaniyaları tam qanuni əsaslarla həyata
keçirilir.
İanələr və Sponsorluq İmkanları
Xeyriyyə təşkilatı, fərdi və korporativ sponsorların dəstəyini
alaraq yardım miqyasını daha da genişləndirməyi planlaşdırır.
Sponsor olan şəxslər və qurumlar layihələrin öz adlarına
sənədləşdirilməsini və foto/video hesabatın təqdim olunmasını
tələb edə bilərlər.
Yardım etmək istəyənlər üçün bank
hesabları:
LEO BANK: 4098 5844 9713 3007
LEO BANK: 4098 5844 9611 4875
UNIBANK: 5243 7544 4991 4843
LEO BANK: 4098 5844 9718 6195
LEO BANK: 4098 5844 9788 6273
İanələrin düzgün hesaba köçürüldüyündən əmin olmaq üçün
vətəndaşlara öncədən yoxlama aparmaları tövsiyə olunur.
“Mömin olub saleh əməllər edən kişi və qadına (dünyada
və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri saleh əməllərə
görə mükafatlarını verəcəyik.” (Nəhl, 97)
Sən də, SAVABA İMZA AT - SƏRHƏDLƏRİ AŞ
Təşkilatın fəaliyyəti ilə Telegram kanlından tanış olmaq
olar




