Əsas səhifə » Qazaxıstan və Çin nəqliyyat əlaqələrini genişləndirir

Qazaxıstan və Çin nəqliyyat əlaqələrini genişləndirir

BAKI,AzerVoice

Qazaxıstan və Çin Almatı-Xian qatar reyslərinin açılmasını planlaşdırır.

AzerVoice xəbər verir ki, Astanada keçirilən Birinci Qazaxıstan-Çin Nəqliyyat Forumu çərçivəsində iki ölkənin nəqliyyat nazirləri Marat Karabayev və Liu Vey arasında keçirilən görüşdə Almatı və Xian şəhərləri arasında sərnişin qatarı xidmətlərinin təşkili məsələsi müzakirə olunub.

Görüşdə qeyd olunub ki, nəqliyyat sahəsində əməkdaşlıq intensiv şəkildə inkişaf edir. 2025-ci ilin ilk rübündə avtomobil nəqliyyatı ilə 822 min ton yük daşınıb, dəmir yolu ilə yükdaşımalar isə ilin ilk 4 ayında 13 faiz artaraq 11,4 milyon tona çatıb.

Tərəflər həmçinin Qazaxıstan-Rusiya-Çin marşrutu üzrə İrtış çayı üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizinin yaradılması və Qazaxıstan-Çin sərhədində iki yeni avtomobil keçid məntəqəsinin açılması imkanlarını da müzakirə ediblər.

Qeyd edək ki, tərəflər sərnişindaşımalarda da əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu məqsədlə Almatı-Xian arasında sərnişin qatarı reyslərinin təşkili və ölkələr arasında həftəlik aviauçuşların sayının 65-ə çatdırılması planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice