Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

    23 Oktyabr 2025 21:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfli görüşlər keçirib.

    AzerVoice bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə keçirilən görüşdə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

    S. Babayev görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunaraq, xüsusilə ticarət, xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdə Azərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəal iştirak imkanlarını diqqətə çatdırıb.

    Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkənin biznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin və birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

    Bundan başqa, S.Babayev Serbiya Respublikası Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə də görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycan və Serbiya şirkətlərinin birgə layihələrdə iştirakı sahəsində potensial əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

    Eyni zamanda, iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib və bu məqsədlə Anlaşma Memorandumunun imzalanması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə edilib.

    #Sahil Babayev #Hökümətlərarası Komissiya #Maliyyə Nazirliyi #Azərbaycan Serbiya əlaqələri #Azərbaycan-Serbiya biznes forumu #Adriyana Mesaroviç #Sinişa Mali
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr

    24 Oktyabr 2025 00:31

    Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

    23 Oktyabr 2025 21:51

    Azərbaycanda fəaliyyət göstərən Serbiya şirkətlərinin sayı açıqlanıb

    23 Oktyabr 2025 18:09

    USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək

    16 Oktyabr 2025 18:31

    Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi müəyyənləşib

    1 Avqust 2025 10:30

    Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib

    6 Fevral 2025 16:30

    COP29 çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının iclası keçirilib

    15 Noyabr 2024 13:09

    Azərbaycanda yeni sosial paket həyata keçiriləcək

    12 Noyabr 2024 10:12

    İqtisadi Şuranın növbəti iclası keçirilib

    11 Sentyabr 2024 17:44

    Fitch Ratings Azərbaycanın reytinqini bir pillə artırıb

    27 İyul 2024 09:05

    Əli Əsədov Albaniyanın Baş nazirinin müavini ilə görüşüb

    11 İyun 2024 16:46

    Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb - Sahil Babayev

    28 Dekabr 2023 19:58
    Demo
    XƏBƏR LENTİ

    44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr

    Tarixdə bu gün - 24 oktyabr

    Tramp oktyabrın 30-da Si Cinpinlə görüş keçirəcək - Ağ Ev

    Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

    Art Weekend zamanı Suyun sirri pantomim tamaşanın premyerası olacaq

    Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

    Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

    Əsədə qarşı 2013-cü il kimyəvi hücumları ilə bağlı üçüncü beynəlxalq həbs qərarı verildi

    Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə 11,4 milyon manat xərclənəcək

    Azərbaycanda fəaliyyət göstərən Serbiya şirkətlərinin sayı açıqlanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.