Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

    23 Oktyabr 2025 19:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

    AzerVoice xəbər verir ki,İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilən görüşdə işgüzar dairələr arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları dəyərləndirilib.

    İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin sədri Aygün Attar və DEİK Türkiyə - Azərbaycan İş Şurasının sədri Selçuk Akat ilə görüş keçirib. Görüşdə, həmçinin Türkiyənin sənaye, daşınmaz əmlak, maliyyə, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Fondun ölkələrarası mədəni, iqtisadi fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb.

    Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli işbirliyindən məmnunluq ifadə olunub. Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, azad olunmuş ərazilərimizin biznes imkanları haqqında məlumat verilib, qarşılıqlı faydalı tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib. Türkiyənin biznes subyektləri Azərbaycanda fəaliyyət göstərməyə və biznes mühitindən faydalanmağa maraq göstərdiklərini ifadə ediblər.

    #İqtisadiyyat Nazirliyi #Türkiyə - Azərbaycan Dostluq #Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) #Aygün Attar #DEİK Türkiyə - Azərbaycan İş Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub

    5 Dekabr 2025 16:08

    D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

    4 Dekabr 2025 14:30

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    4 Dekabr 2025 12:31

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

    27 Noyabr 2025 22:10

    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    22 Noyabr 2025 12:15

    Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

    20 Noyabr 2025 15:01

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    14 Noyabr 2025 16:03

    Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

    13 Noyabr 2025 19:33

    “China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib

    12 Noyabr 2025 17:46

    İqtisadiyyat Nazirliyində şəhid övladları ilə görüş keçirilib

    7 Noyabr 2025 18:33
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.