Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    COP29 çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının iclası keçirilib

    15 Noyabr 2024 13:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Noyabrın 14-də COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclası keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası Koalisiyanın tamhüquqlu üzvü kimi iclasda təmsil olunub.

    İclasın panel müzakirələrində Milli Müəyyən Edilmiş Töhfələrin uğurlu icrası üçün maliyyə və investisiyaların səfərbər edilməsi, üzv ölkələr arasında iqlim üçün maliyyə səfərbərliyi təşəbbüslərinin əlaqələndirilməsi, həmçinin, tərəfdaş qurumlar və özəl sektor tərəfindən iqlim maliyyəsinin effektiv və əlaqələndirilmiş şəkildə təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəfdaş qurumların, maliyyə təminatçıları və özəl sektorun ölkələrə Milli Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planı üçün maliyyə səfərbərliyində fəal iştirakının təşviqi müzakirələr zamanı diqqət mərkəzində olub.

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor, Misirin maliyyə naziri Əhməd Kuçuk, Uruqvayın maliyyə naziri Azucena Arbeleçe, Marşal Adalarının maliyyə naziri David Paul, Niderland Krallığının maliyyə nazirinin müavini Yasper Veselinq və digərləri çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrinin təmin edilməsində ölkələrin real maliyyə imkanlarının uzlaşdırılmasının, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığının təmin olunmasının və iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

    Eyni zamanda, maliyyə nazirləri öz çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi istiqamətində maliyyə resurslarının daha effektiv səfərbər olunmasına, iqlimlə bağlı qlobal çağırışlara qarşı lazımi və dayanıqlı tədbirlərin görülməsinə dair təklif və tövsiyələrini irəli sürüblər.

    İclasda çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının fəaliyyətini və Koalisiyanın növbəti iclasının COP29 çərçivəsində Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirib. Qeyd olunub ki, Koalisiyaya son altı ayda 5 yeni ölkə qoşulub, bu da onun artan təsirini və nüfuzunu göstərir. Eyni zamanda, Azərbaycanın Koalisiyaya qoşulmasından qısa müddət keçməsinə baxmayaraq, əməkdaşlığın genişləndirilməsində öz marağını ifadə edir.

    Nazir qeyd edib ki, COP29-un sədri kimi Azərbaycan İqlim Maliyyəsi fəaliyyət Fondunun yaradılmasının təşəbbüskarıdır və fonda öz töhfəsini vermək üçün müvafiq məbləğdə vəsait ayıracaqdır. Qeyd olunub ki, fondun vəsaitləri karbohidrogen yanacaqları istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü ianələr əsasında formalaşdırılır. Yığılan həmin vəsaitlər, iqlimlə əlaqəli layihələrin maliyyələşməsinə, bərpaolunan enerji mənbələrinin təşviq edilməsinə və yeni iqlim həlləri üzrə araşdırmaların və tədqiqatların dəstəklənməsinə yönəldiləcəkdir.

    Nazir eyni zamanda elan etmişdir ki, Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fondunda (BVF) özünə məxsus olan xüsusi borclanma hüquqlarını Fondun idarəedilməsinə verilməsi nəticəsində əldə olunacaq gəlirlər hesabına BVF-nun məqsədli fondlarına vəsait ayıracaq ki, bu da iqlim dəyişikliklərinin yaratdığı mənfi fəsadların qarşısının alınması və aradan qaldırılmasına və həmin ölkələrdə yoxsulluğun azaldılmasına xidmət edəcəkdir.

    İclasda çıxış edən BVF-nun təmsilçisi Azərbaycan Respublikasının bu təşəbbüsünü olduqca yüksək qiymətləndirib və bunun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda ilk təşəbbüs olduğunu bildirib.

    Qeyd edilib ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyevanı qəbul edərkən Azərbaycanın Fond vasitəsilə inkişaf etməkdə olan və yoxsul ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştirakı müzakirə olunub.

    95 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar. Hazırda Koalisiyaya Hollandiya və Uqandanın maliyyə nazirləri həmsədrlik edir.

    #Maliyyə Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Ankara Esenboğa hava limanında sərnişindaşıma 13 milyon nəfəri keçib (ÖZƏL)

    9 Yanvar 2026 15:55

    Keçən il Türkiyədən Qazaxıstana xalça ixracı 38 milyon dolları keçib (ÖZƏL)

    9 Yanvar 2026 14:25

    Türkiyədə xəstəxana binasının yenilənməsi üçün tender elan edilib

    9 Yanvar 2026 13:41

    Türkiyə bələdiyyəsi tikinti materialları alımı üçün tender elan edib

    9 Yanvar 2026 11:27

    Nazir işsizlərin icbari tibbi sığortaya cəlb edilməsinə aydınlıq gətirib

    2 Dekabr 2025 15:58

    Azərbaycan–İordaniya sənədləri imzalanıb

    27 Noyabr 2025 13:00

    Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

    27 Noyabr 2025 12:49

    2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub

    5 Noyabr 2025 22:00

    Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

    23 Oktyabr 2025 21:51

    USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək

    16 Oktyabr 2025 18:31

    Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi müəyyənləşib

    1 Avqust 2025 10:30

    Fitch Ratings Azərbaycanın reytinqini bir pillə artırıb

    27 İyul 2024 09:05
    Demo
    XƏBƏR LENTİ

    Qəzza zolağında ölənlərin sayı 71 min 409-a yüksəlib

    AZAL Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib

    Keçən il Ankara Esenboğa hava limanında sərnişindaşıma 13 milyon nəfəri keçib (ÖZƏL)

    Hakan Fidan Suriya XİN rəhbəri ilə Hələb məsələsini müzakirə edib

    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

    2025-ci ildə “Çağrı Mərkəzi” 7672 zəng qəbul edib

    DTX xarici xüsusi xidmət orqanının tapşırığını yerinə yetirən şəxsi həbs etdi

    ASELSAN 50 ildə qlobal müdafiə nəhənginə çevrildi: ixracda 1,7 dəfə artım

    ASELSAN ÇELİKKUBBE hava hücumundan müdafiə sisteminin tədarükünü artırır, EJDERHA istifadəyə verilir

    Mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.