BAKI, AzerVoice, Nailə Babazadə
Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun növbəti iclası Türkmənistanın Aşqabad şəhərində keçirildi.
AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri iştirak etdilər.
Müzakirələr zamanı ölkəmizi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Samir Şərifov təmsil etdi.