Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Trampın Səudiyyə səfəri İranın bölgədəki bütün planlarını alt-üst etdi

    14 May 2025 15:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Trampın Səudiyyə Ərəbistanına olan səfəri İranın bölgədəki bütün planlarını alt-üst etdi, onun dövrü artıq bitir".

    AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu ABŞ prezidenti Donald Trampın Səudiyyə səfərini şərh edərkən deyib.

    "Trampın Yaxın Şərqə səfəri önəmli bir səfərdir. Səfərə ilk öncə Səudiyyə Ərəbistanından başlaması da öz-özlüyündə ciddi məqamlardan xəbər verir. Ərəb dünyasında ciddi oyunçu dəyişikliyi var. Əvvəllər ABŞ-ın bu regionda ən yaxın müttəfiqindən biri Misir idisə, indi o artıq arxa plana çəkilməkdədir. Belədə, əsas müttəfiq olaraq Səudiyyə Ərəbistanı baş rolda çıxış edir. Bu da ilk növbədə Səudiyyə kralı Mühəmməd Bin-Salmanın ciddi siyasi islahatının nəticəsidir", deyə Rufiz Hafizoğlu bildirib.

    Ekspertə görə, Trampın səfərinə yalnız iqtisadi, siyasi və ya hərbi səfər kimi yanaşmaq doğru olmaz:

    "Çünki səfər bir çox məsələləri əhatə edir. Ən başlıcası silah, təhlükəsizilik, enerji və Suriyaya sanksiyaların ləğvi məsələlərilə bağlıdır ki, bu da ciddi dəyişikliklərin baş verdiyindən xəbər verir".

    Rufiz Hafizoğlu qeyd edir ki, artıq İranın bölgədən tam olaraq sıxışdırılıb çıxarılması gündəmdədir. Trampın səfəri molla rejiminin ciddi şəkildə sarsıldığını göstərən bir məqamdır:

    "Bunu Suriyada cihadçılar, Türkiyə və Qətərin loqistik, Əl-Riyadın maliyyə dəstəyilə bacardılar. Sanksiyaların qaldırılması isə Dəməşqin beynəlxalq legitimliyini artıran məsələdir. Əhməd əs-Şaraa ilə Tramp arasında görüşün olması ehtimalı da var. Bu görüş baş tutsa, Yaxın Şərqdə daşlar yerindən oynayacaq. Suriya üzərindən sanksiyaların götürülməsi ilə ABŞ Suriya əməkdaşlığı da yeni bir səhifə açacaq və Amerika burada iqtisadi baxımdan güclənəcək. Bu da İrana qarşıdır və "Hizbullah"ın məhvinə gətirib çıxaracaq. Lakin ABŞ-ın Suriyada güclənməsi gələcək illərdə Vaşinqtonla Ankara arasında da gərginlik yarada bilər. Trampın səfəri ərəfəsi HƏMAS yəhudi əsilli amerikan vətəndaşını azad etdi. Bundan sonra Tramp İsrailə yönəlik açıqlama verərək, hərbi əməliyyatların mənasının olmadığını dedi. Ardınca Netanyahu da açıqlama verdi ki, ABŞ-dan silahlı dəstəyi dondura bilərlər".

    Bu isə ekspertin fikrincə, ərəb xarici siyasətinin qələbəsidir:

    "Trampla Netanyahu arasında azacıq da olsa çat yaranıbsa, bu heç şübhəsiz bin-Salmanın siyasəti nəticəsindədir. Bu adam daşları yerindən oynatmağı bacardı. Düzdür, bu havayı deyil. ABŞ-ın Yaxın Şərqdəki maraqlarını yalnız və yalnız İsrail üzərindən yürütməsi yanlışdır. İsrail lazımdır. Amma o böyük layihələrin gerçəkləşməsinə əngəl olarsa, bu ona baha başa gələ bilər".

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə səfəri çərçivəsində dünən Səudiyyə Ərəbistanında olub. Hansı ki, bu səfərə bölgədə balans nisbətinin dəyişməsi baxımından da yanaşmaq olar. Belə görünür, Tramp adminstrasiyası sələflərindən fərqli olaraq regionda əsas diqqəti İsrailə deyil, ərəb dünyasına yönəldir. Onun səfər çərçivəsində Suriyaya qoyulan sanksiyaların ləğvi məsələsini gündəmə gətirməsi isə ABŞ bu ölkədə də möhkəmlənmək niyyətindən xəbər verir. Yəni bir növ Trampın bu səfərinə enerji və təhlükəsizlik sahələrində yeni oyun planının göstəricisi kimi də baxmaq olar.

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    11 Fevral 2026 12:59

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    Qəzza üçün sülh missiyası müzakirələri - Azərbaycan niyə ehtiyatlı mövqe tutur?

    29 Dekabr 2025 11:42

    Yaxın Şərq üzrə ekspert: Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yeni əməkdaşlıq imkanları yaradacaq

    19 Dekabr 2025 18:19

    907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Rufiz Hafizoğlu

    11 Dekabr 2025 16:51

    Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır - Rufiz Hafizoğlu

    17 Noyabr 2025 11:44

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Suriyada qanlı savaş davam edəcəkmi?

    2 Oktyabr 2025 18:40

    Azərbaycan son iki ildə regionda aparıcı siyasət yürüdərək BƏƏ üçün önəmli tərəfdaş olub - Rufiz Hafizoğlu

    19 Sentyabr 2025 17:57

    Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub

    19 Sentyabr 2025 13:59

    Azərbaycanın BƏƏ ilə münasibətləri çoxvektorlu siyasətin uğurlu nümunəsidir - Rufiz Hafizoğlu

    17 Sentyabr 2025 12:10
    XƏBƏR LENTİ

    Azərbaycan və BƏƏ iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.