Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Qərbi Azərbaycan İcmasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

    30 Oktyabr 2024 20:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Qərbi Azərbaycan İcmasında Amerika Birləşmiş Ştatlarının Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen və İcma rəsmiləri arasında görüş keçirilib.

    İcmadan AzerVoice-a verilən məlumata görə, QAİ Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, QAİ Gənclər Şurasının sədr müavini Kamal Cəfərov və İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri - Mətbuat Katibi Ülviyyə Zülfiqar iştirak etdiyi görüşdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verilib, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə danışılıb.

    Məlahət İbrahimqızı bildirib ki, bu deportasiyalardan sonra Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, o cümlədən 300-dən çox məscid, saraylar, qala və karvansaralar, o cümlədən 500-ə yaxın qəbristanlıq da yerlə yeksan edilib.
    Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, bu əməllərə Ermənistan tərəfindən son verilməli olduğunu deyib. Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-da da qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.

    Pastor Bob Roberts bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından eşitmiş olsa da, indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik oldu. O, Azərbaycandakı tolerantlıq səviyyəsinin yüksək olduğunu bildirərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə olmalı olduğuna diqqət çəkib.

    #ABŞ #Qərbi Azərbaycan İcması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    17 Fevral 2026 14:15

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    17 Fevral 2026 00:03

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    16 Fevral 2026 23:11

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50
    XƏBƏR LENTİ

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    Bu gün Hitlerə qarşı çıxan alman gənclər edam edildi

    Türkiyənin NATO-ya üzvlüyü, Osmanlının İslahatı və Plutonun Kəşfi: 18 Fevral Dosyesi

    Rusiyada rabitə prezidentin fərmanları əsasında kəsilə biləcək

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

    İsrailin Somalilendi tanımasının Somalilendə faydası yoxdur - Prezident Ərdoğan

    Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

    İran ABŞ arasında Cenevrədə kritik nüvə danışıqları baş tutub

    Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də sabah Ramazan ayı başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.