Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun 7 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində müşahidəçilik missiyası ilə bağlı yekunlara dair açıqlama yayıb.

    AzerVoice xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının 2024-cü il 7 yanvar tarixli iclasında 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi heyəti ilə təmsil olunması ilə bağlı qərar qəbul olunub.

    Fondun rəhbəri Umud Mirzəyev bildirib ki, Yanvarın 19-da təşkilatın bütün Azərbaycan ərazisində müşahidəçilik fəaliyyəti aparması Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmişdir.

    “Seçkiyə qədərki dövrdə BAMF bir neçə dəfə paytaxt Bakıda və regionlarda müşahidəçi heyət üzvləri ilə görüşlər keçirmiş və onlar üçün təlimlər təşkil etmişdir. Bundan əlavə yerli QHT-lərin birləşdiyi “Mənim səsim - Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası” və Milli QHT Forumunun müşahidəçiləri və beynəlxalq müşahidəçi korpusu ilə təmsil olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri həm baş ofis, həm də Tərtər regional ofisimizdə görüşlər keçirilib.

    Seçki günü BAMF-ın müşahidəçilik fəaliyyəti baş ofis Bakıdan və Tərtər, Füzuli və Beyləqan regional qərargahlarından idarə olunmaqla seçkilər yekunlaşadək izlənildi. Müşahidəçi heyət üzvləri ümumilikdə 22 fərqli dairə olmaqla 38 məntəqənin açılışında iştirak ediblər. 50 nəfərlik müşahidəçi heyətinin 10 nəfəri işğaldan azad olunmuş ərazilərdə – Xankəndi, Şuşa, Füzuli, Xocalı və Ağdərə rayonlarında müşahidəçilik missiyasını yerinə yetiriblər. Onlar həmin rayonlarda 7 dairə olmaqla 19 məntəqədə olublar. Paytaxt Bakıya təhkim olunan müşahidəçilər 10 dairədə, regionlardakı müşahidəçilər isə 14 dairədə fəaliyyət göstəriblər. Ümumilikdə ölkə üzrə 32 dairə olmaqla 225 məntəqədə müşahidəçilik missiyası həyata keçirilib. Müşahidəçilər seçki günü sona qədər prosesləri izləmiş və məntəqlər üzrə qeydlərini aparmışlar. Seçki prosesindən 1600-dən çox foto və video çəkilib.
    Əvvəlki seçkilərdən fərqli olaraq seçicilərin aktivliyi nəzərəçarpacaq dərəcədə yüksək olmuşdur. İlk dəqiqələrdən etibarən açılışında iştirak etdiyimiz 38 məntəqənin hər birində izdiham müşahidə olunmuşdur. Səhər saatlarından başlayan bu izdiham ən az 2-2.5 saat müddətində davam edib. Hətta bəzi məntəqələrdə seçicilərin sıxlığı 5-6 saatdan çox davam etmişdir. Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85-90%-ə qədər seçici fəallığı izlənilmişdir. Xüsusilə, məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən məntəqələrdə müşahidə olunan seçici fəallığı özünü göstərmiş və müşahidəçilərin qeydləri arasında öz əksini tapmışdır. Müşahidəçilərimizin qeydlərinə əsasən seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib.

    Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılmış və hər şey göz önündə olmuşdur. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilmişdir. Yalnız bir məntəqədə müşahidəçilər üçün ayrılan yerlər seçki qutuları və səsvermə prosesindən xeyli aralıda yerləşmişdir. Seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmamışdır. Seçkilər son dərəcə ədalətli təşkil olunmuş və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olmuşdur. Müşahidəçilərin qeydlərinə əsasən yalnız kiçik və seçki prosesinə təsir etməyən yanlışlıqlara yol verilmişdir. Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunmuşdur. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Xüsusən, qanun pozuntularının əvvəlki illərə nisbətən minimuma endirilməsi əsas qeyd olunmalı məqamlardandır. Daha ətraflı hesabatla təşkilatın rəsmi saytında (www.iepf-ngo.org) və sosial media hesablarında tanış ola bilərsiniz.”,-deyə o qeyd edib.

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26

    Sahibə Qafarova TBMM və TürkPA-nın nümayəndə heyətləri ilə görüşlər keçirib

    8 Fevral 2024 16:23
    XƏBƏR LENTİ

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    Türkiyənin Muğla Milas Hava Limanında sərnişin axını artıb (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.