BAKI, AzerVoice, Fərid Mikayılov
Ümumi uzunluğu 304,94 kilometr olan “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolu Toruqart–Arpa–Koş-Döbə–Makmal–Calalabad marşrutu üzrə keçəcək. Toruqart–Makmal (160 km) hissəsində 1435 mm-lik, Makmal–Calalabad (145 km) hissəsində isə 1520 mm-lik dəmir yolu standartı tətbiq olunacaq.
AzerVoice xəbər verir ki, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev Tööş-Kutçu bölgəsində dəmir yolunun tunel hissəsində aparılan işlərlə yerində tanış olub.Makmal rayonunda yükləmə stansiyasının və logistika mərkəzinin yaradılması da nəzərdən keçirilir.
Tikinti işlərinə 5 min 695 ədəd texnika və 5 mindən çox işçi cəlb edilib. Ümumi plan üzrə nəzərdə tutulan 29 tuneldən 18-nin, 50 körpüdən 17-nin, eləcə də 602 suötürücüdən 28-nin inşasına artıq start verilib.
Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev layihənin ölkənin nəqliyyat infrastrukturu və regional inteqrasiya üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, tikinti işlərinin keyfiyyətlə və vaxtında tamamlanmasının vacibliyini vurğulayıb.
