BAKI,AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 3 milyar 751 milyon 656 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 41 milyard 248 milyon 489 min dollar məbləğində avtomobil ixrac edib.