Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Madagaskarda hərbi çevrilişdən sonra yeni keçid dövrü başlayır

    16 Oktyabr 2025 14:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Madagaskarda hərbi çevrilişin ardından hakimiyyəti ələ alan Albay Maykl Randrianirina, cümə günü ölkənin keçid dövrü prezidenti kimi and içəcək.

    AzerVoice xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, Randrianirina, Yüksək Konstitusiya Məhkəməsində keçiriləcək mərasimdə and içərək vəzifəsinin icrasına başlayacaq. Bu mərasim ordunun elan etdiyi müvəqqəti konstitusiya bəyannaməsində qeyd olunan “yenidənqurma prosesinin” başlanğıcını ifadə edir.

    Randrianirina bildirib ki, iki il davam edəcək keçid dövrü ərzində ölkədə ictimai asayişin bərpa olunması, yeni konstitusiya çərçivəsinin hazırlanması və seçkilərin keçirilməsi nəzərdə tutulur. Bu prosesin sonunda idarəetmə sivil hakimiyyətə təhvil veriləcək.

    Afrika Birliyi Barış və Təhlükəsizlik Komissiyasının açıqlamasına görə, Madagaskarda baş verən hadisələrlə bağlı qurum təcili iclas çağırıb. Komissiya sədri Mahmud Ali Yusuf bəyan edib ki, Madagaskarın qurumdakı üzvlüyü dayandırılıb və qərar dərhal qüvvəyə minib. O, “Güc deyil, hüququn aliliyi əsas olmalıdır,” – deyə vurğulayıb.

    Xatırladaq ki, ölkədə sentyabr ayının sonunda elektrik və su kəsintilərinə etiraz olaraq başlayan nümayişlər qısa müddətdə hökumət əleyhinə genişmiqyaslı aksiyalara çevrilmişdi. Toqquşmalar nəticəsində 22 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Ordunun bəzi bölmələrinin etirazçılara dəstək verməsi isə hakimiyyət daxilində parçalanmanı dərinləşdirmişdi.

    Fransız RFI radiosunun 13 oktyabr tarixli məlumatına görə, prezident Andri Rajolina Fransız ordusuna məxsus təyyarə ilə ölkəni gizlicə tərk edib. Daha sonra, 14 oktyabr səhəri Rajolina Milli Məclisi buraxdığını elan etmiş, lakin Məclis prezidentin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul etmişdi.

    Ardınca Albay Randrianirina komandanlığındakı hərbi qüvvələr Prezident Sarayına daxil olaraq hakimiyyəti ələ keçirdiklərini və konstitusiyanın dayandırıldığını açıqlamışdı. Hərbi komitə darbedən sonra Milli Məclis istisna olmaqla bütün dövlət institutlarının fəaliyyətini dondurduğunu elan edib.

    #hərbi çevriliş #dövlət çevrilişi cəhdi #Çevrilişə qarşı müqavimət #Madagaskar #Albay Maykl Randrianirina
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin və Filippin arasında Cənubi Çin dənizində gərginlik artıb

    17 Dekabr 2025 17:13

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    17 Dekabr 2025 15:58

    Kamboca ilə Tailand arasında sərhəd toqquşmalarında ölən mülki şəxslərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 15:13

    Əraqçi Moskva səfərində Rusiya ilə İran-MAQATE dialoqunu müzakirə edəcək

    17 Dekabr 2025 11:57

    İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

    17 Dekabr 2025 10:48

    Madagaskar prezidentinin fransız təyyarəsi ilə ölkədən qaçdığı iddia olunub

    14 Oktyabr 2025 02:25

    Myanma ordusunun hava hücumu 32 nəfərin həyatına son qoyub

    20 Avqust 2025 10:24

    15 İyul - Türk xalqının demokratiya uğrunda dirənişi

    15 İyul 2025 11:10

    Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib

    15 İyul 2025 11:00

    Türkiyə 15 iyul çevriliş cəhdinin 9-cu ildönümünü “Zəfərin Adı: Türkiyə” şüarı ilə qeyd edir

    14 İyul 2025 18:00

    Vuçiçə Serbiyada çevriliş riski ilə bağlı Rusiyadan xəbərdarlıq edilib

    10 Avqust 2024 10:01

    Türkiyənin hərbi çevriliş tarixi

    16 İyul 2024 16:55
    Demo
    XƏBƏR LENTİ

    Bu gün ABŞ-da köləlik ləğv edildi

    Bu gün Tramp impiçment edildi

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    Tarixdə bu gün – 18 Dekabr

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.