Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Aİ-də 2024-cü ildə terror hücumlarının sayı yarıbayarı azaldı, amma gənclərin radikallaşması artır

    5 Oktyabr 2025 17:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Avropa İttifaqında 2024-cü ildə 58 terror hücumu qeydə alınıb. Bu, 2023-cü illə (120 hadisə) müqayisədə kəskin azalma deməkdir. Lakin Europol-un son hesabatına görə, narahatedici məqam ondan ibarətdir ki, getdikcə daha çox yeniyetmə və gənc terror və ekstremist fəaliyyətlərə cəlb olunur.

    Ən çox hücum İtaliya (20) və Fransa (14)-da qeydə alınıb. Almaniyada altı, Avstriya və Yunanıstanda isə hərəsində üç hücum baş verib. Hücumların yarısına yaxını cihadçı terrorizm ilə əlaqələndirilib ki, bu da əvvəlki illə müqayisədə ciddi artımdır.

    Əksər hücumlar mülki şəxslərə qarşı yönəlib, ikinci hədəf isə sənaye sektoru olub. Hadisələrin böyük hissəsi şəhərlərdə (45), 13-ü isə kənd yerlərində baş verib.

    2024-cü ildə 20 Aİ üzv ölkəsində terrorla bağlı 449 nəfər həbs olunub. Bu, 2023-cü ildəki 426 və 2022-ci ildəki 380 nəfərlə müqayisədə artımdır. Ən çox həbs İspaniya, Fransa, İtaliya və Almaniyada qeydə alınıb. Onların əksəriyyəti kişilər (405 nəfər), 43-ü isə qadın olub.

    Europol-un məlumatına görə, bu gənclərin əksəriyyəti cihadçı terrorizm ilə, digərləri isə sağçı ekstremizmlə bağlı olub. 133 gənc şübhəlidən yalnız 12-si qız olub.

    Hesabatda vurğulanır ki, radikallaşmanın əsas kanalı onlayn mühitdir. Onlar çox vaxt mərkəzləşdirilmiş qruplarla əlaqəsi olmayan, təkbaşına və ya kiçik qruplar şəklində hərəkət edirlər. Psixoloji həssaslıqlar, sosial təcrid və rəqəmsal asılılıq gənclərin radikallaşmasında həlledici amillər kimi göstərilir

    #Avropa İttifaqı (Aİ) #Europol hesabatı #terror hücumları 2024 #İtaliya terror hadisələri #Fransa terror hücumları #Almaniya və Avstriya hücumları #cihadçı terrorizm #sağçı ekstremizm #yeniyetmələrin radikallaşması #gənclərin terrora cəlbi #onlayn radikallaşma #psixoloji həssaslıq və sosial təcrid
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Qəssam əsirlərə fərqli münasibət göstərdi – Qəzzə mübadiləsi regiondakı humanitar fərqləri üzə çıxarıb

    13 Oktyabr 2025 19:35

    Qəzzada atəşkəsin təminatı üçün beynəlxalq əməkdaşlıq zəruridir - Kallas

    13 Oktyabr 2025 14:25

    Qatar Airways Avropaya səyahət edənlər üçün yeni qaydalar barədə xəbərdarlıq etdi

    11 Oktyabr 2025 15:57

    Aİ Qəzzada atəşkəs planını dəstəklədiyini bir daha bəyan edib

    9 Oktyabr 2025 11:45

    Ukrayna Macarıstanla və ya onsuz Aİ-yə üzv olacaq - Zelenski

    6 Oktyabr 2025 16:40

    Avropalılar Avropa İttifaqından nə dərəcədə razıdır?

    4 Oktyabr 2025 15:00

    Avropa Əməkdaşlıq Topluluğunun 7-ci Zirvəsi Kopenhagda keçiriləcək

    30 Sentyabr 2025 13:04

    Aİ Macarıstan üçün 545 milyon avroluq fonu sərbəst buraxacaq

    26 Sentyabr 2025 11:26

    Aİ İsrail mallarına gömrük rüsumlarının tətbiqini planlaşdırır

    17 Sentyabr 2025 16:51

    Avropa İttifaqının genişlənməsi məsələləri üzrə komissarı Marta Kos Azərbaycana səfər edəcək

    17 Sentyabr 2025 16:27

    Avropa Parlamenti Fələstin Dövlətinin tanınması üçün çağırış edib

    11 Sentyabr 2025 17:37

    Hakan Fidan İtaliyaya səfər edəcək

    10 Sentyabr 2025 15:32
    Demo
    XƏBƏR LENTİ

    Zəfər xronikası. 14 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

    44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr

    Tarixdə bu gün - 14

    Qəzza zolağının bərpası artıq başlayıb - Donald Tramp

    Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında: “Bu, həqiqətən də inanılmazdır”

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yaxın Şərq Sülh Sammitindən paylaşım edilib

    Donald Tramp Prezident İlham Əliyev haqda: “O, çox güclü liderdir”

    Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

    Azərbaycan regional diplomatiyanın ön sıralarındadır – Hikmət Hacıyev

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.