Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qatar Airways Avropaya səyahət edənlər üçün yeni qaydalar barədə xəbərdarlıq etdi

    11 Oktyabr 2025 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qətərin milli aviaşirkəti Qatar Airways Avropaya səfər planlaşdıran sərnişinlər üçün 12 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minəcək yeni giriş-çıxış qaydaları ilə bağlı rəsmi xəbərdarlıq yayıb.

    AzerVoice xəbər verir ki, məlumata görə, dəyişiklik Avropa İttifaqının (Aİ) Şengen zonası ölkələrində tətbiq olunacaq yeni “Giriş/Çıxış Sistemi” (Entry/Exit System – EES) ilə əlaqədardır. Sistem, Şengen zonasına daxil olan ölkələrə səfər edən qeyri-Aİ vətəndaşlarının sərhədlərdə yoxlanış prosedurlarını rəqəmsallaşdıracaq.

    Yeni sistem biometrik qeydiyyatı əhatə edəcək

    Qatar Airways-in məlumatında bildirilir ki, yeni sistem pasportların əl ilə möhürlənməsi prosesini əvəz edərək, rəqəmsal biometrik qeydiyyat mexanizmi tətbiq edəcək.

    Bu çərçivədə qeyri-Aİ vətəndaşları Şengen zonası ölkələrinə qısamüddətli səfərlər zamanı (Kipr və İrlandiya istisna olmaqla) sərhəddə pasport nömrəsini, barmaq izlərini və şəklini avtomatlaşdırılmış köşklərdə təqdim etməli olacaqlar.

    Aviaşirkət sərnişinləri yeni qaydalarla öncədən tanış olmağa və səyahət planlarını Avropa İttifaqının rəsmi saytında yerləşdirilmiş məlumatlara əsasən yoxlamağa çağırıb.

    Məqsəd - təhlükəsizlik və səmərəliliyin artırılması

    Yeni “Giriş/Çıxış Sistemi”nin məqsədi Avropaya giriş və çıxış proseslərini sürətləndirmək, sərhədlərdə təhlükəsizlik və şəffaflığı gücləndirməkdir.

    Sistem həm sərnişinlərin identifikasiyasını asanlaşdıracaq, həm də səyahət məlumatlarının avtomatik idarə olunmasını təmin edəcək.

    #Avropa #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Qətər #Qatar Airways
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    6 Noyabr 2025 10:54

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    6 Noyabr 2025 10:49

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    Aİ ilə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub

    5 Noyabr 2025 19:06

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    5 Noyabr 2025 16:10

    Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

    4 Noyabr 2025 21:20

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    Qətərdə U17 dünya kuboku start götürüb

    3 Noyabr 2025 16:57
    Demo
    XƏBƏR LENTİ

    Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib

    Zəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    Tarixdə bu gün - 9 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

    Çin raket arsenalını genişləndirir

    Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

    Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.