Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Avropa Əməkdaşlıq Topluluğunun 7-ci Zirvəsi Kopenhagda keçiriləcək

    30 Sentyabr 2025 13:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa İttifaqına (Aİ) üzv ölkələr və digər Avropa dövlətlərinin daxil olduğu Avropa Əməkdaşlıq Topluluğunun (AST) 7-ci zirvəsi 1–2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagda baş tutacaq. Zirvə əsasən təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunacaq.

    AzerVoice xəbər verir ki, toplantıya Aİ-nin qeyri-rəsmi zirvə görüşü üçün Kopenhagda olan Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Danimarkanın Baş naziri Mette Frederiksen birgə sədrlik edəcəklər.

    Bir çox ölkənin liderləri ilk olaraq 1 oktyabr axşamı Danimarka Krallığının simvollarından biri sayılan Amalienborq sarayında, Kral və Kraliçənin ev sahibliyi ilə keçiriləcək rəsmi şam yeməyində bir araya gələcəklər.

    Zirvənin əsas iclasları 2 oktyabr tarixində baş tutacaq. Burada Ukraynanın dəstəklənməsi, Avropanın təhlükəsizlik vəziyyəti və qitənin yeni geosiyasi reallıqlar fonunda necə daha güclü və təhlükəsiz hala gətirilə biləcəyi mövzuları liderlər tərəfindən müzakirə olunacaq.

    Yuvarlaq masa formatında keçiriləcək müzakirələrdə ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik, eləcə də miqrasiya idarəçiliyi kimi vacib məsələlər də gündəmdə olacaq.

    #Avropa İttifaqı (Aİ) #Danimarka #Avropa Əməkdaşlıq Topluluğu #Kopenhag zirvəsi 2025 #2025 beynəlxalq zirvə #Təhlükəsizlik və müdafiə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir - Meloni

    6 Dekabr 2025 09:57

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Kanada Avropa İttifaqının müdafiə proqramına rəsmi qatılıb

    2 Dekabr 2025 12:11

    Zelenski Avropaya çağırış edib

    29 Noyabr 2025 14:02

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Böyük Britaniyada xalis miqrasiya kəskin şəkildə azalıb

    29 Noyabr 2025 09:08

    Türkiyə Xarici İşlər Naziri Almaniyada diplomatik danışıqlar aparıb

    28 Noyabr 2025 13:31

    Avropa İttifaqının Ukrayna ilə bağlı sülh planı açıqlanıb

    23 Noyabr 2025 23:19

    COP30 sammitində iqlim razılaşması böhranı: Aİ layihəni rədd edir

    22 Noyabr 2025 13:24

    Qəzzaya humanitar yardımlar heç vaxt siyasiləşdirilməməlidir - Aİ

    20 Noyabr 2025 16:08

    Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işləyirik - Kallas

    15 Noyabr 2025 14:05
    Demo
    XƏBƏR LENTİ

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib

    Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib

    Zelenski Rusiya-Çin əməkdaşlığının daha yaxından izlənilməsi barədə tapşırıq verib

    “Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb

    Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib

    Beynəlxalq Amnistiya Təşkilatı Almaniyanın İsrailə silah ixracı qərarı ilə bağlı narahatlıq ifadə edib

    Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiq edilib

    Azərbaycan Biznesinin İnkişafı Fondu Açıq Səhmdar Cəmiyyətinə çevrilib

    “Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.