16
BAKI, AzerVoice
Üç ildən çox müzakirələrdən sonra ÜST-nin Pandemiya Sazişi rəsmi olaraq qəbul edilib.
AzerVoice xəbər verir ki, Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus,
təşkilatın 78-ci sessiyasında Pandemiya Sazişinin qəbul edildiyini
bəyan edib.
O, bu qərarı qlobal sağlamlıq üçün tarixi an kimi qiymətləndirib və
üzv dövlətlərin pandemiyalara qarşı daha təhlükəsiz gələcək üçün
göstərdikləri öhdəliyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, sazişin qəbulu üçün danışıqlar 3 ildən artıq davam edib və sənəd qlobal səhiyyə təhlükəsizliyini gücləndirməyi hədəfləyir.