Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    2025-ci ilin ən güclü günəş partlayışı rabitəni pozub

    24 May 2025 16:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Günəşdə baş verən X2.7 sinifli partlayış Yer kürəsində rabitə sistemlərinə təsir edib, mütəxəssislər daha güclü partlayışların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

    AzerVoice xəbər verir ki, mayın 14-də Günəşin səthində qeydə alınan X2.7 sinifli alışma 2025-ci ilin indiyə qədər baş vermiş ən güclü günəş alovudur.

    ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzinin məlumatına görə, partlayış AR4087 adlı günəş ləkəsi ilə əlaqələndirilir və nəticədə yüksək tezlikli radio siqnallarında fasilələr müşahidə olunub.

    Rentgen və ultrabənövşəyi şüalanmanın artması səbəbindən Günəşin elektromaqnit təsiri atmosferin yuxarı qatlarında ionlaşmaya yol açıb. Bu isə Avropa, Asiya və Yaxın Şərqdə müvəqqəti rabitə kəsintilərinə səbəb olub. Partlayışın ən güclü təsiri Türkiyə vaxtı ilə saat 11:25-də qeydə alınıb.

    Süni intellekt modellərinə əsasən, bu partlayışın enerjisi təxminən 10 milyard ton TNT partlayıcısına bərabər hesab olunur. Space.com-un məlumatına görə, X sinifli alovlar Günəşdə ən güclü partlayışlar hesab edilir və X2.7 səviyyəsi bu kateqoriya daxilində "orta dərəcədə güclü" olaraq qiymətləndirilir.

    Mütəxəssislər bu hadisə ilə yanaşı, koronal kütlə atılmasının (CME) da baş vermiş ola biləcəyini ehtimal edirlər. CME-lər Yerin maqnit sahəsinə çatdığı halda, maqnit fırtınalarına və şimal işıqları kimi təbiət hadisələrinə səbəb ola bilər.

    Hazırda AR4087 bölgəsi Günəşin Yerdən uzaq səthində yerləşsə də, onun yaxın günlərdə Yerə baxan tərəfə doğru fırlanacağı gözlənilir. Bu isə yeni və daha şiddətli partlayış ehtimalını artırır. Artıq həmin bölgədə M5.3 sinifli növbəti bir partlayış da baş verib.

    “Aktiv bölgə getdikcə daha çox görünür. Gözləyib nəticəsini izləmək lazımdır”- deyə Avrora müşahidəçisi Vinsent Ledvina sosial şəbəkədə bildirib.

    #Günəş partlayışı #Günəş #Kosmik müşahidələr #2025 Günəş partlaması #Günəş partlaması Yerə təsiri #Günəş qasırğası və texnoloji risklər #Tarixi günəş hadisələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Günəşdə güclü partlayış qeydə alınıb

    10 Noyabr 2025 16:18

    Günəşdə güclü partlayış qeydə alınıb

    7 Sentyabr 2025 11:25

    Marsın dərinliklərində qədim sirlər aşkarlanıb

    30 Avqust 2025 12:30

    Günəşdə güclü alışma baş verib

    28 Avqust 2025 20:01

    Kosmosda sağlam nəsillərin yaranması ehtimalı araşdırılır

    24 Avqust 2025 16:00

    Günəşdə güclü partlayış qeydə alınıb

    24 Avqust 2025 15:03

    Su kainatda düşündüyümüzdən çox daha erkən əmələ gəlmiş ola bilər

    23 Avqust 2025 14:00

    ABŞ kosmos siyasətində lisenziyalaşdırma prosesi sadələşdiriləcək

    14 Avqust 2025 11:34

    Gökhan Erdem Blue Origin ilə kosmosa uçan ilk türk iş adamı olub

    5 Avqust 2025 16:19

    NASA Yerə bənzər yeni planet kəşf edib

    20 İyul 2025 18:00

    Marsda su izi tapılıb

    13 İyul 2025 12:00

    Yad kometa Günəş sisteminə daxil olub

    12 İyul 2025 17:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    Veteran və qazilərin məzuniyyət müddəti artırılır

    Azərbaycan sənaye təhlükəsizliyi sahəsində üçtərəfli memorandum imzalandı

    ABŞ Sudanda müharibəni dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.