Əsas səhifə » Starbucks 1000-dən çox korporativ vəzifəni ləğv edir

Starbucks 1000-dən çox korporativ vəzifəni ləğv edir

Bakı, AzerVoice

Amerikalı qəhvə şəbəkəsi Starbucks, 1100 korporativ vəzifəni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

AzerVoice xəbər verir ki , Starbucks CEO-su Brian Niccol işçilərə göndərdiyi mesajda, qlobal dəstək qruplarının rolu, strukturu və ölçüsü ilə bağlı qiymətləndirmələrin tamamlandığını bildirib.

Boykot kampaniyalarından sonra Starbucks 35 milyard dollar itirib

“Bura 1100 mövcud dəstək köməkçisi vəzifəsinin, eləcə də bir neçə yüz əlavə açıq və doldurulmamış vəzifənin ləğvi daxildir”, – Niccol vurğulayıb.

Şirkət strukturunu sadələşdirərək daha kiçik və çevik komandalar yaratdığını bildirən Niccol, “Məqsədimiz daha səmərəli işləmək, hesabatlılığı artırmaq, mürəkkəbliyi azaltmaq və inteqrasiyanı gücləndirməkdir”, – deyə əlavə edib.

İsrailə qarşı boykotlar məşhur brendlərin satışlarına təsir edib

Qeyd edək ki, Starbucks, İsrailin Qəzzaya hücumlarına qarşı yönələn etirazlar və boykot kampaniyaları nəticəsində ciddi maliyyə itkiləri ilə üzləşib.

Şirkət, 2023-cü ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu Yaxın Şərqdəki mağazalarda müşahidə edilən mənfi satış dinamikasına görə aşağı salmışdı.

Starbucks-ın ümumi satışlarında azalma qeydə alınıb

2024-cü ilin ilk rübündə Starbucks-un gəliri 2 faiz, qlobal satışları isə 4 faiz azalıb. Bu, 2020-ci ildən bəri ilk dəfə belə bir geriləmədir.

Şirkət, 2024-cü ilin aprel-iyun dövründə qlobal satışların 3 faiz, iyul-sentyabr dövründə isə 7 faiz azaldığını açıqlayıb.

Starbucks-dan boykot sonrası kütləvi işdən çıxarma

Digər Kateqoriyalar

2025 © Azervoice