Bakı,
AzerVoice
Çinin DeepSeek adlı süni intellekt proqramı Qərbdə "məlumat
casusluğu" narahatlığı yaratsa da, ölkə daxilində psixoloji dəstək
məqsədilə populyarlaşır.
AzerVoice xəbər verir ki, Yanvarın
20-də təqdim edilən DeepSeek-R1 açıq mənbə modeli, az çip
istifadəsi və aşağı qiyməti ilə geniş istifadə olunur.
28 yaşlı çinli Holli Vanq bu proqramı nənəsinin vəfatından sonra emosional dəstək üçün istifadə etdiyini deyib.
O, vida notu yazmaq üçün AI-dan kömək istədikdə, proqramın verdiyi cavab onu dərindən təsirləndirib: "Yadda saxlayın ki, sizi titrədən bütün sözlər, uzun müddətdir ruhunuzda olan şeylərin əks-sədasıdır."
Süni intellektin emosional dəstək qabiliyyətini araşdıran Kaliforniya Universitetindən Nan Jia bildirir ki, bu texnologiya insanlardan daha yaxşı dinləyə bilər, lakin yenə də peşəkar terapiyanı əvəz etmir.
Qeyd edək ki, DeepSeek-in sürətli inkişafı Qərbdə narahatlıq yaradıb. İtaliya proqramı qadağan edib, ABŞ-da isə Pentaqon təhlükə siqnalı verib. Buna baxmayaraq, Çində gənclər DeepSeek-in onlara emosional və intellektual dəstək verdiyini düşünürlər.