Bakı,
AzerVoice
Google-un keçmiş baş icraçı direktoru və baş direktoru Erik Şmidt,
süni intellektin (AI) terrorçular və ya zərərli dövlətlər
tərəfindən günahsız insanlara zərər vermək və təhlükə yaratmaq üçün
istifadə edilə biləcəyini bildirib.
AzerVoice xəbər verir ki, Şmidt qeyd
edib ki, süni intellekt bəzi ölkələr tərəfindən bioloji silahların
hazırlanması üçün sui-istifadə edilə bilər.
O, "Bu texnologiya pis məqsədlər üçün istifadə etmələri üçün
kifayət qədər sürətlə inkişaf edir. Əgər süni intellekt yanlış
əllərə keçərsə, bədxah bir insanın kütləvi zərər verə biləcək
bioloji silahlar hazırlaması mümkün ola bilər" - deyə bildirib.
"Həqiqi bir tənzimləmə mexanizmi olmalıdır. Özəl şirkətlər bu inkişafları edir, lakin hökumətlər bizi izləməli və nəzarət etməlidir" - deyə süni intellekt tədqiqatlarını məhdudlaşdırmaq üçün mikroçip ixracını məhdudlaşdırmasını dəstəkləyib.
Qeyd edək ki, keçmiş ABŞ prezidenti Co Bayden, qabaqcıl süni intellekt sistemlərini gücləndirən mikroçiplərin ixracını məhdudlaşdırıb. Lakin bu qərarın Donald Trump tərəfindən ləğv oluna biləcəyi bildirilir.
Şmidt, Avropada süni intellektlə bağlı həddindən artıq tənzimləmələrin bu texnologiyanın inkişafına mane ola biləcəyini və bunu elektrikdən sonra ən mühüm inqilab olaraq qiymətləndirdiyini bildirib. Parisdə keçirilən Süni İntellekt Fəaliyyət Sammitində ABŞ və Böyük Britaniyanın müqavilə imzalamaması diqqət çəkib.
Şmidt, smartfonların xüsusilə uşaqlara ciddi təsir etdiyini və bunun nəzarət altına alınması lazım olduğunu iddia edib. O, "Texnologiya dünyasındakı bir çox insanlar kimi, mən də bu vəziyyəti tam olaraq qabaqcadan görmürdüm. Amma hazırda biz daha diqqətli olmalıyıq, xüsusən də uşaqları qorumaqla bağlı" - deyə bildirib.
Şmidt, sosial mediada 16 yaşından kiçiklərin qadağan edilməsini dəstəklədiyini bildirərək, "Niyə biz ən vacib varlıqlarımız üzərində nəzarətsiz sınaqlara icazə verək?" ifadəsini işlədib.