Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib

    20 Dekabr 2025 13:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

    Bu barədə AzerVoice-a Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, görüş çərçivəsində Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini vurğulayıb.

    Müvəkkil ötən dövr ərzində Azərbaycan Ombudsmanının BMT və onun ixtisaslaşmış qurumları ilə birgə həyata keçirilmiş layihələrin, hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən müsabiqə və tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.

    Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiriciyə Azərbaycandakı fəaliyyəti dövründə insan hüquqları sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar diləyib.

    Vladanka Andreyeva qəbula görə Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndirib, birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.

    Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib
    Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib
    Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib
    #Azərbaycan #BMT #ombudsman #Səbinə Əliyeva #Vladanka Andreeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:59

    Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik - Monteneqro XİN

    20 Dekabr 2025 13:46

    Azərbaycan və Monteneqro beynəlxalq təşkilatlarda bir-birinə dəstək olur - Nazir

    20 Dekabr 2025 13:40

    Azərbaycan Monteneqro iqtisadiyyatına 1 milyard ABŞ dollarına yaxın investisiya yatırıb - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:30

    Bakıda Azərbaycan və Monteneqro xarici işlər nazirlərinin mətbuat konfransı keçirilir

    20 Dekabr 2025 13:29

    Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb

    20 Dekabr 2025 12:39

    Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib

    20 Dekabr 2025 12:38

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19

    Avtobuslarda yeni ödəniş üsulu sınaqdan keçirilir

    20 Dekabr 2025 12:04

    Strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

    20 Dekabr 2025 10:48

    Azərbaycan nefti bahalaşıb

    20 Dekabr 2025 10:05

    Misli Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək

    20 Dekabr 2025 09:58
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Mersin limanı 35 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

    Türkiyə ilə Oman arasında 17 sahəni əhatə edən əməkdaşlıq protokolu imzalanıb

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    Kral Salman Qətərin FIFA Ərəb Kuboku 2025-dəki uğurunu təbrik edib

    Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

    Türkiyədən Misirə avtomobil ixracı artıb (ÖZƏL)

    Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik - Monteneqro XİN

    Azərbaycan və Monteneqro beynəlxalq təşkilatlarda bir-birinə dəstək olur - Nazir

    Nazir müavini Hidayət Abdullayev Balakən rayonunda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.