Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq - Arzu Süleymanov

    12 Yanvar 2026 17:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Bu gün həmçinin dövlət başçısının Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.

    AzerVoice xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov mövzunu şərh edib.

    O bildirib ki, Dövlət Proqramının əhatə etdiyi 2026-2035-ci illər ərzində su təchizatı və kanalizasiya sahəsində başlayacaq islahatlar ölkənin su infrastrukturunu gücləndirmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Proqram iki əsas mərhələdən ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir.

    2026−2030-cü illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, "ağıllı su şəbəkələri" qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər təqdim ediləcək.

    2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

    Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcək. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq.

    Dövlət Proqramının Tədbirlər Planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.

    Qeyd edək ki, Dövlət Proqramında ciddi infrastruktur layihələrinin maliyyə yükünün ilkin mərhələdə dövlət-özəl əməkdaşlığı və beynəlxalq maliyyə qurumlarının kredit və qrant imkanları vasitəsilə qarşılanması nəzərdə tutulur. Bu yanaşma proqramın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsində mühüm rol oynayacaq. Bu, dövlət büdcəsinin daha optimal idarə edilməsi ilə yanaşı, xarici borcun azaldılması və beynəlxalq maliyyə qurumları ilə güclü əməkdaşlığın genişlənməsinə imkan verəcək.

    #Prezident İlham Əliyev #Arzu Süleymanov #Bakı və Abşeron su təchizatı #yağış sularının idarə olunması #Bakı və Abşeron üçün 2026–2035 su infrastrukturu proqramı #Bakı Baş Planı ilə uzlaşdırılan su təchizatı layihələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik ediliB

    12 Yanvar 2026 16:10

    Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı təsdiq edilib

    12 Yanvar 2026 15:43

    Prezident İlham Əliyev: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq

    12 Yanvar 2026 15:36

    Prezident İlham Əliyev: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib

    12 Yanvar 2026 15:35

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir

    12 Yanvar 2026 15:34

    Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb

    12 Yanvar 2026 14:57

    Prezident İlham Əliyevin sədrliyi ilə su təchizatı və tullantı sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib

    12 Yanvar 2026 12:08

    Prezident İlham Əliyev Anar İsgəndərovu “Şöhrət” ordeni ilə təltif edib

    9 Yanvar 2026 17:01

    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

    9 Yanvar 2026 15:30

    Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilib

    8 Yanvar 2026 15:32

    Dövlətə məxsus kredit təşkilatlarının yenidən təşkili və ləğvinə Azərbaycan Prezidenti qərar verəcək

    8 Yanvar 2026 15:24

    Prezident İlham Əliyev: Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq

    8 Yanvar 2026 13:23
    Demo
    XƏBƏR LENTİ

    Venesuela nefti ABŞ şist sənayesini niyə risk altına salır?

    İranda əsas müxalifət qrupları hansılardır?

    ABŞ Ukrayna müharibəsindən maliyyə qazancı əldə edir - Tramp

    Su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq - Arzu Süleymanov

    Türkiyə və Oman arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq böyük forum fevralda keçiriləcək

    Keçən il Türkiyədən İrana hazır geyim ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim edilib

    Xan Yunisdə HƏMAS-ın yüksək rütbəli polis rəisi həlak olub

    Dəməşq Hələbin şərqindəki silahlı qruplaşmaları dərhal hərbi cavab veriləcəyi ilə hədələyib

    Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik ediliB

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.