Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Əfqanıstan, Pakistanla sərhəddəki qarşıdurmalardan sonra atəşkəs tələb edib

    15 Oktyabr 2025 15:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Əfqanıstan hökumətinin, ölkənin Spin Boldak bölgəsi ilə Pakistanın Çaman bölgəsində baş verən silahlı toqquşmaların ardından atəşkəs tələb etdiyi iddia olunub.

    AzerVoice xəbər verir ki, Pakistanın Kəraçi şəhərində yerləşən Geo News telekanalına danışan təhlükəsizlik rəsmiləri, Pakistan ordusunun Əfqan qüvvələrinə məxsus çoxsaylı post və tankı məhv etdiyini bildiriblər. Məlumata görə, son günlərdə baş verən gərgin döyüşlər nəticəsində Spin Boldak və Çaman bölgələrində ciddi itkilər qeydə alınıb.

    Rəsmilər, toqquşmaların ardından Əfqanıstan hökumətinin rəsmi olaraq atəşkəs istədiyini iddia ediblər.

    Pakistanlı rəsmilər Əfqanıstan tərəfindən sosial şəbəkələrdə Pakistan ordusuna aid silah və hərbi texnikanın ələ keçirildiyinə dair yayılan görüntülərin isə saxta və əsassız olduğunu bəyan ediblər.

    Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) tərəfindən yayılan rəsmi açıqlamada, Əfqanistanın Hayber Paxtunxva bölgəsindəki sərhəd postlarına hücum etdiyi qeyd olunub.

    Həmin hücumlara cavab olaraq 6 tankın məhv edildiyi, həmçinin 25–30 əfqan hərbçisinin zərərsizləşdirildiyinin təxmin edildiyi vurğulanıb.

    ISPR tərəfindən yayımlanan digər açıqlamada isə Hindistan ordusunun Bixar və Qərbi Benqal ştatlarında keçiriləcək seçkilər öncəsi təxribatçı bəyanatlar verdiyi bildirilib. Açıqlamada bu cür bəyanatların regional sülh və sabitlik üçün ciddi təhlükə yaratdığı ifadə olunub.

    “Dünya artıq Hindistanı sərhədyanı terrorizmin əsl siması və regional qeyri-sabitliyin mərkəzi kimi görür,” – deyə Pakistan tərəfi bildirib.

    Açıqlamada Hindistan hökumətinə Pakistanın öz torpaqlarını müdafiə etməyə hazır və qərarlı olduğu xatırladılıb və əlavə edilib:

    “İstənilən təcavüz aktı, gələcək nəsillər tərəfindən xatırlanacaq sürətli, qətiyyətli və güclü bir cavabla qarşılanacaq.”

    Pakistan hökuməti, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bu yana, Kabil rəhbərliyindən Pakistan Talibanına (TTP) qarşı ciddi tədbirlər görülməsini tələb edir.

    İslamabad TTP-ni terror təşkilatı kimi tanıyır və onun Pakistan ərazisində çoxsaylı hücumlar həyata keçirdiyini bildirir. Hökumət, TTP-nin Əfqanıstanda yerləşdiyini, lakin Kabil rəhbərliyinin bu qrupa qarşı tədbir görmədiyini vurğulayır.

    Əfqanıstan tərəfi isə TTP-nin öz ərazilərində fəaliyyət göstərmədiyini iddia edir.

    Pakistan Talibanı, Əfqanıstan və Pakistan arasında yerləşən və ingilislər dövründə çəkilmiş “Durand xətti” ətrafındakı Peştun tayfa bölgələrini aktiv şəkildə istifadə edir.

    #Pakistan #Əfqanıstan #Əfqanıstan müharibəsi #Pakistan-Əfqanıstan sərhədi #Pakistan hərbi cavab #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan və Əfqanıstan arasında gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

    21 Yanvar 2026 15:57

    Rəsmi Bakı Pakistana başsağlığı verdi

    19 Yanvar 2026 23:39

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    16 Yanvar 2026 15:51

    Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

    15 Yanvar 2026 14:11

    Pakistan İranın daxili işlərinə xarici müdaxiləyə qarşı olduğunu bəyan etdi

    8 Yanvar 2026 15:39

    Əfqanıstan terrorçuların və qeyri-dövlət aktorlarının mərkəzinə çevrilir - Pakistan

    7 Yanvar 2026 11:46

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    4 Yanvar 2026 22:41

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    İran–Pakistan sərhədində silahlı toqquşma baş verib

    3 Yanvar 2026 11:33

    Bu gün ABŞ–SSRİ münasibətlərində “yaxınlaşma dövrü” başa çatdı

    2 Yanvar 2026 02:36

    Pakistanda Yeni il şənlikləri zamanı havaya atəş açılması nəticəsində 25 nəfər yaralandı

    1 Yanvar 2026 11:37

    ABŞ-ın qlobal cinayət dosyesi: Soyqırımlardan işğallara

    31 Dekabr 2025 22:00
    Demo
    XƏBƏR LENTİ

    BOKT "International" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

    Davosda Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında geniş tərkibdə görüş başlayıb

    Davosda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında səmimi dialoq

    İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib

    Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdırıldı

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Davosda "Sülh Şurasının Nizamnaməsi"ni imzalandı

    Qəzzanı yenidən inşa edəcəyik - Tramp

    Azərbaycan və Ermənistan liderləri mənim dostlarıma çevriliblər - Tramp

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.