Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

    25 Oktyabr 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

    AzerVoice xəbər verir ki, məktubda qeyd olunub:

    "Hörmətli Kasım-Jomart Kemeleviç,

    Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.

    Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.

    Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

    Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.

    Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib

    25 Oktyabr 2025 00:12

    Prezident İlham Əliyev Sərdar Səfərova “general-mayor” ali hərbi rütbəsi verib

    24 Oktyabr 2025 17:28

    Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edib

    24 Oktyabr 2025 17:27

    Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisini vəzifəsindən azad edib

    24 Oktyabr 2025 17:20

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    24 Oktyabr 2025 14:55

    Prezident İlham Əliyev Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayırıb

    24 Oktyabr 2025 13:11

    Prezident İlham Əliyev: Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir

    23 Oktyabr 2025 11:21

    Prezident İlham Əliyev Viktor Orbanı təbrik edib

    23 Oktyabr 2025 11:13

    Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib

    22 Oktyabr 2025 14:52

    Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib

    22 Oktyabr 2025 14:39

    Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb

    22 Oktyabr 2025 14:34

    Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək

    22 Oktyabr 2025 13:06
    Demo
    XƏBƏR LENTİ

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    Trabzonspor Eyüpspor qarşısında qalibiyyət seriyasını uzatmaq istəyir

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

    Türkiyənin Bodrum limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Tramp Kim ilə görüşəcək ?

    Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    Türkiyədən Türkmənistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.