Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Madurodan ABŞ-a sərt mesaj - Venesuelaya giriş mümkün deyil

    29 Avqust 2025 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizinə hərbi qüvvələr göndərmə qərarına cavab olaraq, ölkəsinə hərbi müdaxilənin mümkün olmadığını bəyan edib.

    AzerVoice xəbər verir ki, hərbi forma geyinərək Karakasın Makarao rayonunda keçirilən 2-ci İnqilab Xüsusi Əməliyyatlar Kursunun bağlanış mərasimində çıxış edən Prezident Nikolas Maduro, ABŞ Prezidenti Donald Trampın “narkotik kartelləri ilə mübarizə” bəhanəsi ilə Karib dənizinə hərbi birləşmələr göndərmə qərarını sərt şəkildə tənqid edib.

    Maduro, “Onların Venesuelaya girməsinin heç bir yolu yoxdur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bu mühasirə, təqib və qeyri-qanuni təhdidlər bizim gücümüzü artırır,” - deyə bildirib.

    O, ölkəsinin müdafiə planlarını gücləndirdiklərini vurğulayaraq, “Bütün şəxsi heyəti, milli milisləri və ictimaiyyəti məlumatlandırın. 20 günlük fasiləsiz mühasirədən sonra biz dünənkindən daha güclüyük. Daha çox milli və beynəlxalq dəstəyimiz var,” – deyə əlavə edib. Maduro həmçinin Kolumbiya Prezidenti Qustavo Petroya təşəkkür edərək, Kolumbiyanın Katatumbo bölgəsinə 25 minlik qüvvə göndərməsi qərarını alqışlayıb və “Venesuela və Kolumbiya sülh içində birləşib, torpaqlarımızı qoruyur,” – ifadəsini işlədib.

    Tədbirdə Maduronu müdafiə naziri Vladimir Padrino Lopez və yüksək rütbəli hərbi komandirlər müşayiət edib. ABŞ-ın Karib dənizinə bir sualtı qayıq və yeddi döyüş gəmisindən ibarət dəniz qrupu göndərdiyi, eləcə də 4000 dəniz piyadasının bölgəyə yerləşdirildiyi bildirilir.

    Qeyd edək ki, ABŞ və Venesuela arasında gərginlik son illərdə, xüsusilə ABŞ-ın Venesuelaya tətbiq etdiyi iqtisadi sanksiyalar və siyasi təzyiqlər səbəbindən kəskinləşib. Trampın “narkotik kartelləri ilə mübarizə” adı altında hərbi qüvvələri Karib dənizinə göndərməsi qərarı bu gərginliyi daha da artırıb. Maduro isə ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətli olduğunu dəfələrlə bəyan edib.

    #ABŞ #Donald Tramp #Venesuela #Nikolas Maduro #Kolumbiya #narkotik ticarəti #Venesuelalı miqrantlar #Venesuela xəbərləri #Nikolas Maduro çıxışı #Maduro çağırışı #ABŞ Venesuela gəmilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40

    Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens

    10 Fevral 2026 22:39

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    10 Fevral 2026 17:50

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37
    XƏBƏR LENTİ

    Türkiyənin Muğla Milas Hava Limanında sərnişin axını artıb (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri ilə görüşdü

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.