Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Mədəniyyət

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    10 Dekabr 2025 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI,AzerVoice

    Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir.

    AzerVoice xəbər verir ki, forum Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında" 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunur.

    Tədbirin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Sonra Ümummilli Lider Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.

    Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Bildirib ki, Prezident İlham Əliyevin liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir.

    Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib. "Ümummilli Liderimizin müəllifi olduğu Konstitusiyamızda mədəniyyətlə bağlı çox qiymətli müddəalar mövcuddur və bunun təməlləri üzərində hazırlanan qanunvericilik aktları mədəniyyət və hüquq anlayışlarını da özündə ehtiva edir.

    Mədəniyyət və hüquq arasında mövcud olan konesptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı", - deyə nazir bildirib.

    Nazir qeyd edib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır. Hüquq isə individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur. Bu anlayışları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

    Adil Kərimli çıxışının sonunda forum çərçivəsində mədəniyyət və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

    Sonra Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar.

    Ziyafət Əsgərov mədəniyyət və hüquq anlayışlarının ortaq nöqtələri və sərhədləri barədə məlumat verib. Akademik Rafael Hüseynov forumun millətimizi və dövlətimizi var edən iki əsas qütbün təmsilçilərini bir araya gətirən əhəmiyyətli tədbir kimi dəyərləndirib.

    Anar Bağırov isə bu mövzuda ilk tədbirin 10 dekabr - Dünya İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib.

    Sonra forum öz işini panel müzakirələrlə davam etdirib.

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir
    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir
    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir
    #Azərbaycan #Mədəniyyət Nazirliyi #Adil Kərimli #AMEA #İsa Həbibbəyli #Mədəniyyət və hüquq: müasir çağırışlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    18 Yanvar 2026 14:25

    BDYPİ bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət etdi

    18 Yanvar 2026 13:57

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    18 Yanvar 2026 13:54

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    18 Yanvar 2026 13:35

    Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

    18 Yanvar 2026 13:16

    AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

    17 Yanvar 2026 15:54

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda vətəndaşları qəbul edib

    17 Yanvar 2026 13:36

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    “Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq

    15 Yanvar 2026 17:37

    Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq

    15 Yanvar 2026 17:31

    Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

    15 Yanvar 2026 17:11
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.