Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Putinlə görüşmə ehtimalımız çox yüksəkdir - Tramp

    7 Avqust 2025 10:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice , Nərmin Ağayeva

    Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın zamanda görüşə biləcəyini açıqlayıb.

    Azervoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarının ardınca Vladimir Putinlə mümkün görüş ehtimalının yüksək olduğunu bildirib.

    O, Ağ Evdə Apple şirkətinin yeni sərmayələrinin təqdimatı zamanı çıxış edərək, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istədiyini və bu istiqamətdə diplomatik səylərin davam edəcəyini vurğulayıb.

    Tramp jurnalistlərin “Putinlə görüş olacaqmı?” sualına, “Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Hələ yer müəyyənləşməyib, amma çox yaxın zamanda ola bilər.” - deyə bildirib. O, eyni zamanda Putinin əvvəlki bəzi mövqelərinin onu məyus etdiyini də qeyd edib.

    Ağ Evin mətbuat katibi Karolin Leavitt isə açıqlamasında bildirib ki, Rusiya tərəfi Trampla görüşməkdə maraqlıdır və Tramp həm Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə açıqdır.

    Tramp İsrailin Qəzzanı tamamilə işğal etmə planı ilə bağlı sualdan yayınaraq mövzunu İranın nüvə proqramına yönəldib. “İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Yaxın Şərqdə bir çox müharibəni dayandırmışıq.” - deyə o bildirib.

    ABŞ prezidenti çıxışında eyni zamanda çip və yarımkeçirici məhsulların idxalına 100 faiz tarif tətbiq ediləcəyini də elan edib. Bu tarif yalnız ABŞ daxilində istehsal etməyən şirkətlərə şamil olunacaq.

    Qeyd edək ki, Tramp 2024-cü ildə keçirilmiş seçkilərdə ikinci dəfə prezident seçilib və xarici siyasətdə əvvəlki administrasiyalarla müqayisədə fərqli və daha aqressiv ritorika ilə çıxış edir. ABŞ-Rusiya münasibətləri isə son illər ərzində Ukrayna müharibəsi və sanksiyalar fonunda gərgin olaraq qalır.

    #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Rusiya-Ukrayna münaqişəsi #ABŞ-Rusiya münasibətləri #Trampın tarifləri #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.