BAKI, AzerVoice
Bolqarıstan Turizm Naziri Miroslav Borşoş türk vətəndaşlarının viza prosedurunu asanlaşdırdıqlarını açıqlayıb
AzerVoice xəbər verir ki, Bolqarıstan Turizm Naziri Miroslav Borşoş bildirib ki, Bolqarıstan hökuməti türk vətəndaşlarının üzləşdiyi viza prosedurunu asanlaşdırıb və viza müddətini uzadıb.
Borşoş hökumətin növbəti
iclasından sonra yayımladığı video mesajında deyib:
"15 iyul tarixindən etibarən türk vətəndaşlarına turizm vizası
verilməsi ilə bağlı yeni tənzimləmə tətbiq olunur."
Yeni qaydalarla bağlı məlumat
verən Borşoş bildirib:
"Bu, artıq 3 aylıq və 6 aylıq vizaların yanında 1 illik, 3 illik və
5 illik vizaların da verilə biləcəyi deməkdir."
Uzunmüddətli viza almaq üçün
əvvəlki vizalarda hər hansı pozuntu olmaması şərti qoyulduğunu
bildirən Borşoş əlavə edib:
"Yeni tətbiq vizanın verilməsini tamamilə asanlaşdıran bir
inkişafdır. Türkiyə ilə viza prosedurları, xüsusilə turizm
sahəsində bizim üçün son dərəcə önəmlidir. Bu vizaların
asanlaşdırılması ölkədə qalma müddətinin daha rahat və sürətli
tənzimlənməsini mümkün edəcək və xüsusilə turizm sahəsində
əlaqələrimizi asanlaşdıracaq."
Nazir Borşoş həmçinin bildirib ki, 2025-ci ilin ilk yarısında 2024-cü ilin eyni dövrü ilə müqayisədə Bolqarıstana gələn türk turistlərin sayı 60% artıb.
Borşoş
vurğulayıb:
"Bu təsirli artımdır. Turizmimiz üçün önəmli olan Türkiyədən gələn
turistlərin sayına baxanda əlaqələrimizin sürətlə inkişaf etdiyini
görürük. Uzun illərdir çalışdığımız bir şey artıq reallaşıb."