Əsas səhifə » Sakaryada baş verən yanğın davam edir

Sakaryada baş verən yanğın davam edir

BAKI, AzerVoice

Sakaryada başlayan və Biləcikə yayılan yanğın davam edir.

AzerVoice xəbər verir ki, Sakaryada bir gün əvvəl meşəlik ərazidə başlayan və dünən Biləcikə yayılan yanğının söndürülməsi üçün böyük işlər görülür. Yanğının söndürülməsinə 871 canlı qüvvə, 6 təyyarə, 12 helikopter və 195 yerüstü texnikası cəlb olunub.

Təyyarənin yanğınsöndürmə əməliyyatları dünən axşam saatlarında dayandırılsa da, gecə ərzində qurudan davam etdirilib. Sönən yanğını nəzarət altına almaq üçün ilk işıqda havadan yanğınsöndürmə işləri bərpa edilib.

Qeyd edək ki, yanğının baş verməsi ilə əlaqədar olaraq araçdırmalar aparılır.

Digər Kateqoriyalar

2025 © Azervoice