Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrailin Suriya hücumları Vaşinqtonda narahatlıq doğurur

    21 İyul 2025 11:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin Suriyaya hücumları Tramp-Netanyahu münasibətlərində böhrana səbəb olub.

    AzerVoice xəbər verir ki, İsrailin Suriyanın cənubundakı Suveyda şəhərinə və digər ərazilərə hücumları Vaşinqtonda narahatlıq yaradıb.

    ABŞ rəsmiləri baş nazir Benyamin Netanyahunun “aqressiv və düşünülməmiş” hərəkətlərini tənqid edib, bunun bölgədə sabitliyi pozduğunu bildiriblər.

    İsrailin iddiasına görə, hücumlar Druz icmasını qorumaq məqsədilə həyata keçirilib. Lakin ABŞ rəsmiləri bu addımı bölgədəki siyasi balans üçün təhlükəli sayır. ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack İsrail tərəfi ilə diplomatik həll yolları axtarsa da, atəşkəs razılaşmalarına baxmayaraq hücumların davam etməsi Vaşinqtonda məyusluqla qarşılanıb.

    ABŞ dövlət katibi Marko Rubio da Netanyahunu açıq şəkildə hücumları dayandırmağa çağırıb.

    Belə ki, bəzi mənbələrin məlumatına görə, İsrailin 17 iyulda Qəzzadakı Dini Ailə Kilsəsini vurması isə ABŞ administrasiyasında son mərhələ olub. Trampın özü Netanyahuya zəng edərək , bu barədə izahat tələb edib.

    Bundan başqa, ABŞ vətəndaşı olan fələstinli Səif Musalletin israilli radikallar tərəfindən öldürülməsi də bu münasibətlərə əlavə gərginlik gətirib. İsrailin bu addımlarının Trampın Yaxın Şərqdə sülh planlarını pozduğu bildirilir.

    ABŞ rəsmiləri Netanyahuya qarşı etimadın azaldığını və onun qərarlarının daxili siyasi ambisiyalarla verildiyini irəli sürüb. Axios nəşrinin məlumatına görə, Netanyahu ilə Tramp arasındakı son görüşlərdə birgə əməkdaşlıq görüntüsü yaradılsa da, Suriya və Qəzzada baş verən son hadisələr münasibətləri ciddi şəkildə sarsıdıb.

    Qeyd edək ki, Netanyahu ilə Tramp administrasiyası arasında daha əvvəl də İran və Qəzza məsələsində fikir ayrılıqları yaşanıb. ABŞ rəsmiləri İsrail hökumətindəki radikal sağçı qüvvələrin Trampın sülh səylərini çətinləşdirdiyini vurğulayır.

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #Donald Tramp #Vaşinqton #Tramp və Netanyahu münasibətləri #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #İsrail Suriya hücumu #İsrail ABŞ münasibətləri #Suveyda hadisələri #Suveyda idarəetmə modeli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.